“The Hill“ qəzeti yazır Siyasət

“The Hill“ qəzeti yazır

"Qərb QHT-ləri Azərbaycan haqqında məlumatları dəqiqləşdirmə aparmadan dərc edirlər"

"Kütləvi informasiya vasitələri (KİV) yalanla ən kəsərli mübarizə üsullarından biridir, eyni zamanda ən böyük "cinayətkar"dır, "saxta xəbər"lər yaradır". Bu barədə İsrailin Demokratiya İnstitutunun beynəlxalq əlaqələr üzrə direktoru, "Jerusalem Post"un sabiq redaktoru və "Baltimore Jewish Times"ın sabiq baş redaktoru Maayan Yaffe-Hoffmanın ABŞ-ın "The Hill" qəzetində dərc olunan məqaləsində deyilir.
Müəllif qeyd edib ki, bəzi KİV-lər "Human Rights Watch" (HRW) və ya "Amnesty International" (AI) kimi QHT-lərin məruzələrindəki məlumatları heç bir dəqiqləşdirmə aparmadan dərc edirlər:
"Amnesty International" və HRW kimi təşkilatlar əksər hallarda məlumatları yoxlamadan yerli QHT-lərin informasiyalarına əsaslanırlar".
Məqalədə deyilir ki, yanvarın ortalarında HRW özünün insan hüquqları üzrə ümumdünya məruzəsində Azərbaycanda guya insan hüquqlarının pozulması ilə bağlı bir çox halların qeydə alındığını bildirmişdi:
"Freedom House"un Şimali Koreyanın "qismən azad" adlandırıldığı məruzəsində isə Azərbaycan "azad olmayan" kimi göstərilib ki, bu da paradoksaldır".
Müəllif yazır ki, əgər QHT-lər öz məlumatlarını guya yoxlanılmış faktlar kimi təqdim etməklə, qeyri-etik taktikadan istifadə edərək demokratik ölkələr və ABŞ-ın müttəfiqlərinə təzyiq göstərirlərsə, bununla mübarizə aparmaq lazımdır.