Boçorişvili: Azərbaycan-Ermənistan razılaşması regionda davamlı sülhün təməl daşıdır
Paşinyan: "Tramp marşrutu"nun reallaşdırılmasına nail olacağıq
Mirzə Qədim İrəvani “Xalq Əmanəti” layihəsinin 26-cı nəşrində
Yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 25 mlrd. manatı ötüb
Ceyhun Bayramov Kaya Kallasla regional məsələləri müzakirə edib
29 Noyabr 2024 10:57
2 352
“Bir neçə gün öncə Avropa siyasətçiləri, Fransanın Ermənistandakı səfirinin təxribat xarakterli hərəkətləri, bəyanatları, daha sonra müxtəlif Avropa ölkələrinin parlamentlərinin qərarları, Avropa mediasında ölkəmizə qarşı gedən bütün bu təxribatlar bir daha göstərir ki, bunlar ümumi kampaniyanın tərkib hissəsidir. Mən təəssüf edirəm ki, Polşa kimi böyük bir ölkənin Prezidenti də məhz bu kampaniyanın tərkib hissəsi olmaqdan ötrü öz razılığını bildirib”.
Bu sözləri xalqcəbhəsi.az-a Milli Məclisin deputatı Tural Gəncəliyev söyləyib.
O, bunun təəssüf hissi doğurduğunu vurğulayıb: “Çünki hazırda Rusiya-Qərb qarşıdurması konteksində Polşa Avropa İttifaqının bir növ front ölkəsi hesab olunur. Polşanın onsuz da Şərqi Avropada təhlükəsizlik baxımdan çox böyük problemləri, çağırışları, təhdidləri var. Üstəgəl Polşanın yersiz şəkildə Cənubi Qafqazda ermənipərəst təxribat xarakterlərinə qoşulması, bu addımları atması onun Cənubi Qafqazda nüfuzuna, Azərbaycanla münasibətlərinə ciddi xələl gətirir. Çünki biz həmişə Azərbaycan olaraq Polşanın əvvəlki liderlərinin konstruktiv addımlarını görmüşük. Ancaq indi vəziyyətin bu kimi neqativ xarakterə yönəlməsi Polşa tərəfinin və onun anti-azərbaycan kampaniyasına element kimi qoşulması təşkil edir. Buna da son qoyulmalıdır”.
Röya İsrafilova