Rusiya-Azərbaycan münasibətlərindəki gərginliyin 4 əsas səbəbi ... Siyasət

Rusiya-Azərbaycan münasibətlərindəki gərginliyin 4 əsas səbəbi ...

"Rəsmi Moskva ilk növbədə Azərbaycanın tarazlıq siyasətinden narazıdır". Bunu Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri müavini, politoloq Nazim Cəfərsoy bildirib. Politoloqun sözlərinə görə, Rusiya-Azərbaycan münasibətlərindəki getdikcə artan gərginliyin bir-birini dəstəkləyən 4 əsas səbəbi var: "Birincisi, Rusiyanın tarixi və hamıya yaxşı məlum olan imperial ambisiyalari, ikincisi, şimal qonşumuzun qlobal və regional siyasətdə son dövrdə xüsusiylə güclənməsi. Bundan başqa Aprel müharibəsində Azərbaycanın Qarabağ problemini təkbaşına və sərt güc istifadə edərək həll etmə imkanına malik oldugunun aydın şəkildə ortaya cıxması da Rusiyanın Azərbaycana olan münasibətinin dəyişməsinə səbəb olan amillər sırasındadır. Həmçinin 2018-ci ildə Azərbaycandakı prezident seçkilərini də bu sıraya aid etmək mümkündür". Nazim Cəfərsoy bildirib ki, mövcud sərtlərdə rəsmi Bakınınn ənənəvi tarazlıq siyasəti artıq Moskvanın maraqlarına cavab vermir: "Belə ki, Rusiyanın zəif olduğu zamanlarda rəsmi Bakının bu tarazliq siyasəti rəsmi Moskvanın zəiflədiyi regionu Qərbin, Türkiyənin və ya İranın doldurmasına mane olmaq mənasını daşıyırdı. Bu da o günün şərtlərində Moskvanın maraqlarına cavab verirdi. Artiq vəziyyət Rusiya baxımından dəyişib. Yuxarida qeyd etdiyim kimi hazırda Rusiya həm qlobal, həm də regional mənada özünü daha güclü və hucumda hiss edir. Bu yanaşma Rusiyanin Qafqaza və Azərbaycana dair tarixi imperyal ambisiyaları ilə də birləşincə rəsmi Bakının tarazlıq siyasəti Moskva üçün regionda onun təsirinin güclənməsinə mane olan əngəl olaraq görülməyə başlayıb. Azərbaycanın Rusiyanın bütün "inteqrasiya" təkliflərinə məsafəli yanaşması rəsmi Moskvanı qıcıqlandırır. Aprel müharibəsinin nəticələri də Azərbaycanın özünə inamını artırıb və bu da Moskvanı narahat edir. Rəsmi Moskva bu vəziyyətdə 2018-ci ildəki prezident seşkiləri ərəfəsində rəsmi Bakının tarazlıq siyasətində öz lehinə müəyyən dəyişikliklər yaratmağa çalışır. Azərbaycan hakimiyyətinin hələlik buna müqavimət göstərdiyini demək olar. Mövcud şərtlərdə Rusiya-Azərbaycan münasibətlərindəki bu gərginliğin müxtəlif yeni gündəmlərlə o seçkilərə qədər davam etməsi sürpriz olmaz". Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədr müavini onu da əlavə edib ki, ancaq rəsmi Bakının Moskvaya bu müqavimətinin davamlılılıgı və Azərbaycan-Rusiya münasibətlərində gərginliyin davamı daxili və xarici amillərlə yaxından əlaqəli olacaqdır. Rəsmi Bakı ənənəvi olaraq regionda güclənən aktyoru digərləri ilə tarazlamışdır. Bu gun bu güclənən aktyor Rusyadır və bu mənada xarici amillər olaraq Birləşmiş Ştatlar, Avropa Birliyi, Türkiyə, İran və hətta Çinlə münasibətlər Azərbaycan ücün mühüm əhəmiyyət daşıyır".