“BMT-nin Yaxın Şərqdəki səylərini dəstəkləyirik“ Siyasət

“BMT-nin Yaxın Şərqdəki səylərini dəstəkləyirik“

"Azərbaycan bu konfransa böyük bir önəm verir. Biz BMT-nin Fələstin xalqının ayrılmaz hüquqlarının həyata keçirilməsinə dair komitəsi, İslam Əməkdaşlıq Təşkilatının Yaxın Şərqdə təhülkəsizlik və sabitlik üçün göstərdiyi səylərini dəstəkləyirik".
Bunu Bakıda keçirilən Qüds məsələsi ilə bağlı beynəlxalq konfransda çıxışı zamanı Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə elçisi Şahin Abdullayev deyib.
Ş.Abdullayev bildirib ki, Qüds problemi həll olunmadan, İsrail-Fələstin münaqişəsini həll etmək mümkün deyil.
O, qeyd edib ki, Azərbaycan BMT və İƏT-in bölgədə sülhün təmin olunması istiqaməti səylərini bundan sonra da dəstəkləyəcək.