Bakıda Qvadelup adasının dekolonizasiyası ilə bağlıbeynəlxalq konfrans keçirilib Siyasət

Bakıda Qvadelup adasının dekolonizasiyası ilə bağlıbeynəlxalq konfrans keçirilib

Bakıda Fransanın müstəmləkəçilik siyasətininəsarətində olan Qvadelup adasına həsr olunmuş“Qvadelupun dekolonizasiyasına doğru: problemlər vəperspektivlər” adlı beynəlxalq tematik konfranskeçirilib.

Tədbir Bakı Təşəbbüs Qrupu (BTQ), QvadelupunAzadlığı Uğrunda Xalq Birliyi (UPLG), QvadelupBeynəlxalq Təzminatlar Hərəkatı (MIR-Guadeloupe), Qaradərili Xalqların Beynəlxalq Komitəsi (CIPN) vəQvadelup Millətinin Yaranması naminə GücHərəkatının (FKNG) birgə təşkilatçılığı ilə baş tutub.

Konfransda Qvadelupun müstəqilliyi uğrundamübarizə aparan siyasi partiyaların liderləri, hərəkatların rəhbərləri, QHT-lər, elmi dairələrinnümayəndələri və s. iştirak ediblər.

Tədbirdə Qvadelupun Fransanın dənizaşırıdepartamenti kimi saxlanılması və bu statusun xalqınsiyasi gələcəyini sərbəst müəyyən etmək hüququnuməhdudlaşdırması, həmçinin müstəmləkə cinayətləri, tarixi ədalətsizliklər, yerli Kalinago xalqının məhvedilməsi, işçilərin istismarı, bərabərsizlik və asılılığıdavam etdirən inzibati və iqtisadi strukturlarınmövcudluğu kimi məsələlər geniş müzakirə olunub.

Konfransda departament statusunun müstəmləkəçiliyidavam etdirməsi və bunun Qvadelupda işsizlik, gənclərin kütləvi köçü, sosial bərabərsizlik, iqtisadiasılılıq, zorakılıq və ətraf mühitin çirklənməsi, habeləzəhərli kimyəvi pestisid xlordekonun dağıdıcı təsirləridə diqqət mərkəzində olub.

Tədbirdə Qvadelup xalqının öz müqəddəratını təyinetmək hüququnun beynəlxalq təşkilatların gündəliyinəçıxarılması, BMT-nin dekolonizasiya ilə bağlı hüquqimexanizmləri, habelə müstəmləkə altında olan xalqlaramüstəqillik verilməsi haqqında BMT-nin müvafiqqətnamələrinə və Bəyannaməyə Fransa tərəfindən əməledilməməsi geniş müzakirə olunub.

Konfransda Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçıdirektoru Abbas Abbasov bildirib ki, Qvadelupunmüstəqilliyinə beynəlxalq hüquq çərçivəsində nailolunmalıdır.

Onun sözlərinə görə, Qvadelup Fransakolonializmindən əziyyət çəkir: "İnanıram ki, beynəlxalq hüquq çərçivəsində onun müstəqilliyinənail olunacaq”.

A.Abbasov deyib ki, Qvadelupda yaranmış iqtisadiasılılıq və sosial bərabərsizlik Fransanın müstəmləkəsiyasətinin nəticəsidir: “Burada işsizlik səviyyəsi 18-20 faizdir. ÜDM-in 80 faizi dövlət dəstəyi hesabınaformalaşır ki, bu da iqtisadi asılılığın göstəricisidir. Qvadelupa məxsus maddi və mədəni irsin qorunmasıtədbirləri hələ də lazımi səviyyədə həyata keçirilmir. Biz BTQ olaraq, müasir dünyada kolonializmin yeninövlərini qəbul etmirik. Biz Qvadelupun sosial-iqtisadivə mədəni inkişafını dəstəkləyirik”.

Qvadelup Beynəlxalq Dekolonizasiya Cəbhəsininkatibi Joze Marten Jan-Pyer Fransanın Qvadelupərazisində müstəmləkəçiliyin yaranmasının günahkarıolduğunu vurğulayıb.

O bildirib ki, müstəmləkə zülmü yerli əhalinin böyükəzablar çəkməsinə səbəb olub.

"Sərvətlərimizi əlimizdən aldılar, çox qan töküldü, çoxinsan həlak oldu. Bir çoxları bizi yaşamağa məcburetdikləri iqlim şəraitinə tab gətirmədilər. Bunabaxmayaraq, qadınlarımız və uşaqlarımız qürurlamübarizə apardılar - onların cəsarəti bizim silahımızoldu", - o qeyd edib.

Jan-Pyer vurğulayıb ki, Qvadelup xalqı köləliyə vəmüstəmləkə siyasətinin davam etdirilməsinə qətiyyətlə"yox" deyir.

"Biz Azərbaycanla birlikdə ədalət axtarışındayıq. Nümayiş etdirdikləri həmrəyliyə görə Bakı TəşəbbüsQrupuna (BTQ) və Azərbaycan xalqına dərinminnətdarlığımızı bildiririk", - o əlavə edib.

Konfransda çıxış edən Qvadelupun Azadlığı UğrundaXalq Birliyinin (UPLG) baş katibi Jan-Jakob Bisepdiqqətə çatdırıb ki, biz müstəmləkə irsindən xilasolmaqda qətiyyətliyik - "Müstəmləkəçiliyə yox" şüarısadəcə bir sloqan deyil, Qvadelup xalqının şüurlusiyasi mövqeyidir.

"Biz artıq xalqımızın müstəmləkəçilik zülmü altındayaşamasına yol verə bilmərik. Biz susmaq niyyətindədeyilik və susmayacağıq. Biz ədalət və həqiqətaxtarırıq. Bu gün Bakıda keçirilən konfrans kimitədbirlərdə iştirakımız onu göstərir ki, bizdə inam, ümid və müstəmləkə irsindən xilas olmaq üçünəlimizdən gələni etmək əzmi yaşayır", - o vurğulayıb.

Göstərilən dəstəyə görə Azərbaycana və BakıTəşəbbüs Qrupuna minnətdarlığını bildirən Bisepbeynəlxalq həmrəyliyin vacibliyini qeyd edib.
"Azərbaycan xalqı bizim üçün qardaş xalqdır. Coğrafiuzaqlığa baxmayaraq, bizi ümumi məqsəd birləşdirir – bu, ədalət uğrunda mübarizədir", - o bildirib.

Beynəlxalq Təzminat Hərəkatı və Qaradərili Xalqlarınİttifaqı Komitəsinin yaradıcı üzvü Luk Reyinet (LucReinette) Fransanın öz ərazilərini genişləndirməkxatirinə Afrikaya bədbəxtlik gətirdiyini vurğulayıb.

Onun sözlərinə görə, Qvadelupda minlərlə insan müstəmləkəçilik siyasəti ilə mübarizədə həyatını itirib:

“Fransa tarixən çalışıb ki, məktəb və kilsələrdə fəaliyyətlərini artırsınlar və bu yolla bizi müstəmləkəyə çevirsinlər. Qvadelupdakı insanları qul kimi çalışdırır, istismar edirdilər, kilsələrdə gənclərin beynini yumağa, fərqli din daşıyıcılarının dinlərini dəyişməyə çalışırdılar. Onlar məktəblərdə uşaqları məcbur edirdilər ki, qalların onların ata-babaları olduğunu desinlər, halbuki əcdadları afrikalılar idi. Bir sözlə, uşaqları tarixi həqiqətlərdən məhrum etməyə çalışıblar”.

L.Reyinet bildirib ki, azadlıq onların hələ də dadmadığı bir şeydir:

“Fransa özünü hüquqi dövlət adlandıraraq müstəmləkə siyasətini qəbul etmir. Lakin biz tariximizi bilirik və Fransa Qvadelupa qarşı müstəmləkəçilik siyasəti yürüdüb. Fransa öz ərazilərini genişləndirmək xatirinə Afrikaya bədbəxtlik gətirib və quldarlığı genişləndirib”.

Fransanın müstəmləkəçilik siyasətinin əsarətində olan Qvadelup adasına həsr olunmuş “Qvadelupun dekolonizasiyasına doğru! Çağırışlar və perspektivlər” adlı beynəlxalq tematik konfrans çərçivəsində Bakı Təşəbbüs Qrupu və MİR Qvadelup arasında əməkdaşlığa dair Memorandum imzalanıb.

Memorandumu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov və MİR Qvadelup təşkilatının prezidenti, Beynəlxalq Dekolonizasiya Cəbhəsinin (FID) katibi Joze Martin Jan-Pyer imzalayıblar.

Memorandum partiyalar, QHT-lər, müstəqillik hərəkatları arasında yalnız siyasi müstəvidə deyil, ətraf mühit, mədəniyyət və digər sahələrdə də sıx əməkdaşlığı nəzərdə tutur.