Separatizmi dəstəkləyən məmura sərt təpkilər... Siyasət

Separatizmi dəstəkləyən məmura sərt təpkilər...

Elçin Mirzəbəyli: "Bu, həm də mənəvi naqisliyin, vətəninə, torpağına dönük çıxmanın ən iyrənc nümunələrindən biri kimi dəyərləndirilməlidir"

Elnur Eltürk: "Füzuli Tanırverdiyev Azərbaycanın azadlığı və bütövlüyü uğrunda döyüşən və şəhid olan kürd qardaşlarımızın ruhunu təhqir edir"

Şimali İraqda yeni separatizm dalğası ilə etnik qarşıdurmanın əsası qoyuldu. Bütün ekspertlər hesab edirlər ki, bu bölgə üçün arzuolunmaz mənzərə yaradır və belə getsə qanlı proselər qaçılmaz olacaq. Ona görə də prosesin müəllifi olan ABŞ belə buna açıq dəstək verməkdən çəkinir və Bərzanini qınayan bəyanatlar verir.
Onu da əlavə edək ki, Bərzani idarəçiliyi İraqla yanaşı, Türkiyə, eyni zamanda Azərbaycana qarşı da ərazi iddiaları ilə çıxış edir. Naxçıvanı hazırladəqları xəritəyə daxil edirlər və bunu onlara məxsus TV-də yayımlayırlar.
Baş verən proseslər ilk növbəyə Türkiyəyə qarşıdır. Azərbaycan da Türkiyə il qardaş ölkə, strateji müttəfiqdir. Eyni zamanda, kürd muxtariyyətinin ermənilərlə yaxın təmasları var və bu sirr deyil. Azərbaycan isə dövlət olaraq separatizmdən əziyyət çəkir.
Bütün bunlar bilindiyi halda Laçın rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanirverdiyev adlı məmur heç kimdən çəkinmədən separatizmi dəstəklədiyini bildirir. Həmçinin ermənilər tərəfindən yurd-yuvasından didərgin düşmüş bir şəxsdən söhbət gedir...
Bu isə təbii olaraq ictimaiyyətdə kəskin etirazlara səbəb olur.
"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli bildirdi ki, erməni separatizmi və erməni işğalı nəticəsində öz doğma evindən didərgin düşmüş bir şəxsin, həm də işğal altında olan bir bölgənin icra sturukturunda çalışan məmurun separatizmə dəstək verməsi təkcə siyasi savadsızlıqdan, kəmağıllıqdan irəli gələn bir fakt kimi deyil, həm də mənəvi naqisliyin, vətəninə, torpağına dönük çıxmanın ən iyrənc nümunələrindən biri kimi dəyərləndirilməlidir. Onun sözlərinə görə, bu adam əslində potensial separatçıdır: "Və təəssüf ki, aramızda belələri var. Onlardan bəziləri daha hiyləgər davranır, yalnız onlarla eyni düşüncənin daşıyıcısı olan insanların arasında niyyətlərini büruzə verirlər. Azərbaycan bu ölkədə yaşayan bütün xalqların doğma vətəni, evidir. Bizi bir-birimizə ortaq tale, ortaq Vətən bağlayır. Bizim qanımız Azərbaycan torpağının hər qarışında qardaşlaşıb və bu qanı ayırmaq mümkün deyil. Bu baxımdan, belə əxlaqi naqis adamların xalqımızın birliyinə hər hansı bir təhlükə yarada biləcəyini düşünmürəm. Amma bütün hallarda baş verən hadisədən nəticə çıxarılmasının, soyuqqanlı və dövlət mənafeyindən çıxış edilməsinin tərəfdarıyam. İfratçılığa heç bir halda yol vermək olmaz. Eyni zamanda hesab edirəm ki, dövlət qulluqçuları, xüsusilə də yerli icra strukrurlarının əməkdaşları arasında marifləndirmə işi gücləndirilməlidir".

Diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk isə vurğuladı ki, Laçın rayonu İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanirverdiyev separatçı əməlləri ilə düşmən dəyirmanına sü tökür: "Bu, Azərbaycanın çörəyini yeyib, separatçı rejimin təbliğatını aparmaqdır. Dünyanın buna qarşı olduğu vaxtda məmurun belə təbliğat aparmasını anlamaq çətindir. Əvvəla, Azərbaycan qanunvericiliyinə görə, dövlət qulluğunda çalışan vəzifəli şəxsin siyasətlə məşğul olması yasaqdır. İşin mənəvi tərəfi odur ki, Füzuli Tanırverdiyev Azərbaycanın azadlığı və bütövlüyü uğrunda döyüşən və şəhid olan kürd qardaşlarımızın ruhunu təhqir edir. Çünki, onlar Azərbaycanın bütövlüyü və suverenliyi uğrunda döyüşüblər. Bilirsiniz ki, Ermənistan və separatçı Qarabağ rejimi Şimali İraqda gedən proseslər onların maraqlarına cavab verir. Ona görə ehiyatlı olmaq lazımdır".
Mllət vəkili Aydın Mirzəzadə "Füzuli Tanirverdiyev anlamır ki, bu mövqeləri ilə Ermənistanın Azərbaycan torpaqlarına olan ərazi iddiası məsələsində erməniyə siyasi dəstək vermiş olur",- deyə bildirib. Millət vəkili ümid etdiyini bildirib ki, məsələyə hüquqi tərəfdən müvafiq orqanlar münasibət bildirəcək: "Amma bu məsələnin mənəvi tərəfi də var. Laçın Rayon İcra Hakimiyyətinin məsul işçisinin bu hərəkəti heç bir çərçivəyə sığmır. Birincisi o, İraq dövlətinin vətəndaşı deyil, Azərbaycan vətəndaşıdır. Füzuli Tanirverdiyevin İraqın daxili məsələlərinə bu cür radikal mövqe tutması yolverilməzdir. Onun sadə bir vətəndaş kimi belə mövqedən çıxış etməsi normal qəbul edilə bilərdi. Amma dövlət qulluğunda çalışan şəxslər dövlətin rəsmi xəttinə uyğun hərəkət etməlidir. Digər tərəfdən isə İraq dövlətinin özü bu müstəqillik referendumunun əleyhinə çıxdığı halda, F.Tanirverdiyevin bu müstəqilliyi dəstəkləməsi prinsip etibarı ilə Qarabağdakı separatçıları dəstəkləməklə eyni vəziyyətdir. Çünki Dağlıq Qarabağda yaşayan erməni icması Ermənistanın dəstəyi ilə həmin zonanı Azərbaycandan ayırmağa və müstəqil dövlət yaratmağa cəhd edir. Belə halda sabah başqa bir Füzuli Tanirverdiyev kimi düşünən insan Ermənistanın oradakı işğalçılıq siyasətini də dəstəkləyəcək".
A.Mirzəzadə baş verən hadisəyə təəssüfləndiyini qeyd edib:
"Dövlət məmuru öz hərəkətlərini, siyasi baxışlarını və fəaliyyətini dövlətin rəsmi siyasətinə uyğun olaraq qurmalıdır. Əgər həmin siyasətlə razılaşmırsa, onda dövlət işini tərk edərək, kənarda istədiyi mövqeni sərgiləməkdə azaddır. Təəssüf edirəm ki, aşağı mərhələdə olsa da, bir dövlət məmuru bu gün belə bir mövqe ortaya qoyub. Hətta müsahibəsində də yenidən elədiyi yanlışı müdafiə edib. Bu yolverilməzdir. Hər bir dövlət məmuru öz hərəkətlətində, baxışlarında kifayət qədər diqqətli olmalıdır".
Millət vəkili Asim Mollazadə isə bildirib ki, beynəlxalq məsələdə biliyi olmayan məmurlar sussalar, daha yaxşıdır:
Qeyd edək ki, Laçın rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Füzuli Tanirverdiyev özünün Feysbuk səhifəsində İraq Kürdüstanının müstəqilliyini dəstəklədiyini bildirib, İraq Kürd Muxtariyyətinin rəhbəri Bərzaninin fotolarını paylaşmışdı. Artıq Füzuli Tanirverdiyevin bu addımı ilə bağlı Baş Prokurorluq araşdırmalara başlayıb.

Əli