

Prezident Tokayev: Azərbaycan Qazaxıstan üçün müstəsna ölkə, qardaş dövlətdir
Varşava Putinin Polşanın hava məkanından keçərkən həbs olunmayacağına zəmanət vermir
Tokayev: Azərbaycan Prezidentinin səfəri çox böyük əhəmiyyətə malikdir
Nazir Qazaxıstanın “Samruk-Kazyna” Milli Rifah Fondu və İnvestisiya Holdinqində görüş keçirib
Oktyabrın 21-də Qazaxıstanın paytaxtı Astanadakı “Akorda” Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
APA xəbər verir ki, “Akorda” Prezident Sarayında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.
Qazaxıstanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Kasım-Jomart Tokayevə təqdim edildi.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.
Azərbaycanın və Qazaxıstanın Dövlət himnləri səsləndi.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Dövlət başçıları birgə foto çəkdirdilər.
***
10:02
Oktyabrın 21-də Qazaxıstanın paytaxtı Astanadakı “Akorda” Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilir.
Bu barədə APA-nın Astanaya ezam olunmuş əməkdaşı xəbər verir.