IMF: Çin marşrutları Orta Dəhliz ölkələri üçün yeni iqtisadi imkanlar açır Dünya

IMF: Çin marşrutları Orta Dəhliz ölkələri üçün yeni iqtisadi imkanlar açır

"Çin tərəfindən dəstəklənən yeni ticarət marşrutlarının Orta Dəhliz (CCA) ölkələri, o cümlədən Azərbaycan üçün yeni iqtisadi imkanlar yaradır".

"APA-Economics"in məlumatına görə, bunu Beynəlxalq Valyuta Fondunun (BVF- IMF) Yaxın Şərq və Mərkəzi Asiya üzrə direktoru Cihad Azour bildirib.

C. Azourun sözlərinə görə, bu marşrutlar regional ticarət əlaqələrinin və iqtisadi inteqrasiyanın güclənməsi baxımından vacib rol oynayacaq: “Bu layihələr ictimai sərmayə tələb edir və bəzi hallarda dövlət borcuna təsir göstərə bilər. Odur ki, ölkələr iqtisadi əsaslarını möhkəmləndirməli, uzunmüddətli layihələrin həm aktiv, həm də öhdəlik tərəflərini diqqətlə idarə etməlidirlər. Borcun davamlı səviyyədə saxlanılması vacibdir.”

BVF rəsmisi həmçinin qeyd edib ki, region ölkələrinin iqtisadi artımını və dayanıqlılığını təmin etmək üçün islahatlar və biznes mühitinin yaxşılaşdırılması zəruridir. Onun fikrincə, bu addımlar Qırğızıstan kimi ölkələrin ticarət və logistika mərkəzinə çevrilməsinə dəstək verəcək.