Ərdoğan: "Ankara ABŞ və İran arasında danışıqları bərpa etməyə çalışır"
Ərdoğan: Türkiyə Səudiyyə Ərəbistanı və Pakistana hərbi dəstək göstərə bilər
AYİB: Azərbaycan sənaye zonalarının ekosistemə çevrilməsi istiqamətində mühüm mərhələyə qədəm qoyub
Qəzzada hərbi insident: İsrail PUA-sı öz mövqeləri yaxınlığında partladı
21 Oktyabr 2025 09:57
6 356
İsfahanda “Rüstəm və Rəxş” heykəlinin açılışı olub. Bu ölkədəki türklər tərəfindən heç də birmənalı qarşılanmayıb.
Gunaz.tv
Oktyabrın 18-də İsfahanın Şahinşəhr şəhərinin Firdovsi meydanında əjdaha ilə döyüşdə Rüstəm və Rəxş heykəlinin açılışı olub.
Tədbir yerli rəsmilərin və dövlət mediasının iştirakı ilə keçirilib və abidə rəsmi reklamlarda “İran kimliyinin və milli mifinin simvolu” kimi təqdim edilib.
Bu son günlər Azərbaycan qubernatorlarının ictimai tədbirlərdə türkcə danışmaının iqtidar nümayəndələri tərəfindən etirazla qarşılanması fonunda ölkənin türk əhalisi, mədəni və milli fəallar tərəfindən heç də yaxşı qarşılanmayıb.
Müşahidəçilər İran İslam Respublikasının mədəni və siyasi strukturunda bu iki hadisənin eyni vaxtda baş verməsini ölkədəki millətləri idarə edən sistemin ikili və ayrılıqçı yanaşmasının göstəricisi hesab edir.
Fəallar bu hadisəni İranda yüksəlməyə davam edən fars şovinizminin başqa bir göstəricisi hesab edirlər.
22 Sentyabr 13:37
1 554
21 Sentyabr 10:47
1 883
18 Sentyabr 16:47
2 863