

Ermənistanın İstintaq Komitəsi Gümrü meriyası qarşısında keçirilən etiraz aksiyası ilə bağlı 33 nəfərin saxlanıldığını bildirib.
APA xəbər verir ki, bu barədə Sputnik Armenia məlumat yayıb.
Məlumata görə, vətəndaşlar kütləvi iğtişaşlar və ədalət mühakiməsinə mane olma ittihamı ilə saxlanılıblar.
Qeyd edək ki, Gümrü sakinləri dünən mer Vardan Qukasyanın saxlanmasına mane olmaq məqsədilə meriyanın qarşısına toplaşmışdılar.