Aİ və Ermənistan arasında ilk sammit 2026-cı ildə İrəvanda keçiriləcək
Nazir: Təqdim edilən vergi yükü optimaldır, qeyri-neft sektorunun inkişafını dəstəkləyir
Tibbi sığorta ilə bağlı qeyri-formal məşğul şəxslərin necə müəyyənləşdiriləcəyi açıqlanıb
Kəlbəcər, Laçın, Daşkəsən və Gədəbəyə qar yağır - FAKTİKİ HAVA
“Müsyö Jordanın Qarabağ Sərgüzəştləri” tamaşasının premyerası gerçəkləşib
15:55
553
Trampın Rusiya və Ukrayna arasında sülh yaratmaq fəaliyyəti yıxılana balta vurmaqdan başqa bir şey deyildir. Rusiyanın yeni ərazilər işğal etməsi fonunda Ukraynaya bununla razılaşmaq təzyiqləri edilir. Amma beynəlxalq qanunların ayaqlar altında atılması fonunda Ukraynanın imzalayacağı hər-hansı sənəd legitim olmayacaq.
Bunu xalqcebhesi.az-a ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımov deyib.
O, qeyd edib ki, məsələ ondadır ki, məcburiyyət altında işğal olunmuş ərazilərin legitimliyinin qəbul etdirilməsi beynəlxalq hüquqa zidd olduğu üçün heç bir beynəlxalq təşkilatın bunu qəbul etməsi kimi bir hüquqi bazası olmayacaq: "İmzalanacaq hər hansı sənəd sadəcə müharibəni dayandıra bilər, işğalı legitimləşdirə yox. Bu, müharibənin gələcək nəsillərə ötürülməsinin əsasının qoyulmasıdır. Bu durumda Ukrayna və Rusiyanın gələcəkdə hər-hansı əməkdaşlığından söz gedə bilməz. Ölkələr yenə də düşmən olaraq qalacaqlar. Avropanın da Rusiya ilə əməkdaşlığı yox səviyyəsində olacaq.
Göründüyü kimi işğalın güc yolu ilə legitimləşdirilməsi president yaratması ilə yadda qalacaq. Bundan sonra dünyanın həqiqətən də yeni düzənə keçəcəyi gözlənilir, amma aqibəti qaranlıq olan gələcəyə".
Cavid