13:56
609
"İran Azərbaycanla əlaqələri bütün sahələrdə gücləndirmək əzmindədir".
Bunu Bakıda səfərdə olan İranın xarici işlər naziri Abbas Əraqçi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
“Cənab Ceyhun Bayramovla ölkələrimiz arasında iqtisadi, siyasi, mədəni, humanitar sahələrdə müzakirələr apardıq, regional və beynəlxalq mövzuları müzakirə etdik. Azərbaycan və İran həmişə dialoqu açıq və mehriban şəkildə həyata keçirib".
O, iki ölkənin ortaq cəhətlərinin çox olduğu kimi, fikir ayrılıqların da olduğunu təbii hesab edib: "Bunu dialoqla həll etmək yolunu tutmuşuq”.