15:13
560
“İranın xarici işlər naziri Abbas Əraqçinin Azərbaycana səfəri çərçivəsində əsas diqqət nəqliyyat, ticarət və sərhəd əməkdaşlığı kimi praktik sahələrə yönəlib. Bu istiqamətlər həm Bakı, həm də Tehran üçün strateji əhəmiyyət kəsb edir. Eyni zamanda regional sabitlik və təhlükəsizlik məsələləri də müzakirələrin mühüm mövzuları sırasındadır”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq Tural İsmayılov söyləyib.
Politoloq Azərbaycanın Cənubi Qafqazda İran üçün əsas tərəfdaşlardan biri hesab olunduğunu vurğulayıb: “Azərbaycan üçün də İranla mehriban qonşuluq münasibətlərinin qorunması və regional balansın saxlanması vacibdir. Səfər tərəflər arasında qarşılıqlı anlaşmanın dərinləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi məqsədinə xidmət edir. Diplomatik təmaslar vasitəsilə tərəflər anlaşma imkanlarını genişləndirməyə çalışır, həmçinin regional layihələrdə əməkdaşlığın yeni mərhələyə keçməsi üçün zəmin yaradır”.
Onun bildirdiyinə görə, eyni zamanda, ikitərəfli əlaqələrin institusional çərçivədə inkişaf etdirilməsi gündəmdə saxlanılır: “Ümumilikdə, Abbas Əraqçinin Bakıya səfəri Azərbaycan–İran münasibətlərində dialoqun gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsi baxımından mühüm siyasi addım kimi qiymətləndirilir”.
Röya İsrafilova
14:35
616
13:56
756
13:56
749