Eşqi Bağırov: 5 mindən çox şagird intizam tədbirinə cəlb olunub
Sel nəticəsində dağılan evlərin tikintisi həyata keçiriləcək
Keşlədə 61 fərdi ev təmir ediləcək, yararsız hala düşmüş məişət əşyalarına görə yardım veriləcək
Agentlik sədri: Şagirdlərin çantalarının yoxlanılması məktəblərdəki problemləri aradan qaldırmayacaq
11:48
658
“Prezident İlham Əliyev və Çex Respublikasının Baş naziri Andrey Babiş arasında keçirilən görüş və səsləndirilən bəyanatlar Azərbaycan–Çexiya münasibətlərinin yeni mərhələyə keçmək niyyətini açıq şəkildə nümayiş etdirir. Xüsusilə vurğulanan fəal siyasi dialoq ifadəsi bu əlaqələrin artıq daha sistemli və davamlı xarakter aldığını göstərir. Bu, həm də Azərbaycanın Avropa istiqamətində siyasətində diversifikasiya xəttinin davam etdiyini göstərən mühüm siqnaldır”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq Yusif Bağırzadə bildirib.
O vurğulayıb ki, bəyanatlarda diqqət çəkən əsas məqam iqtisadi münasibətlərin strukturunun dəyişdirilməsi ilə bağlıdır: “Hazırda ticarət dövriyyəsinin əsas hissəsinin enerji – xüsusilə neft ixracı üzərində qurulması tərəflərin də qeyd etdiyi kimi balanslı model deyil. Bu baxımdan biznes forumun keçirilməsi və konkret investisiya layihələrinin müzakirəsi münasibətlərin daha dayanıqlı iqtisadi baza üzərində qurulmasına yönəlib. Bu niyyətin real layihələrlə müşayiət olunması ilə Azərbaycan üçün Çexiya texnologiya və sənaye baxımından, Çexiya üçün isə Azərbaycan bazar və resurs baxımından tamamlayıcı tərəfdaş olacaq. Energetika sahəsində əməkdaşlıq isə bu münasibətlərin əsas sütunu olaraq qalır. Azərbaycanın Avropa üçün etibarlı enerji təchizatçısı olması fonunda Çexiyanın bu sistemdəki rolu həm birbaşa, həm də dolayıdır. Yəni Çexiya təkcə istehlakçı deyil, eyni zamanda, Avropa enerji təhlükəsizliyi zəncirinin bir hissəsidir. Bu isə Bakı üçün siyasi əhəmiyyət daşıyır, çünki enerji əməkdaşlığı Avropa İttifaqı ilə münasibətlərdə əsas alətlərdən biridir”.
Y.Bağırzadənin sözlərinə görə, müdafiə sənayesi sahəsində əməkdaşlıqla bağlı açıqlamalar isə münasibətlərin daha həssas və strateji istiqamətə doğru genişləndiyini göstərir: “Xüsusilə birgə istehsal perspektivlərinin müzakirəsi bu əlaqələrin sadəcə ticarət səviyyəsində qalmadığını, texnoloji və sənaye inteqrasiyasına doğru yönəldiyini göstərir. Bu isə Azərbaycanın hərbi-sənaye kompleksinin inkişafı baxımından mühüm faktor ola bilər. Ümumilikdə, bu səfər və verilən bəyanatlar göstərir ki, tərəflər mövcud münasibətləri formal dostluq çərçivəsindən çıxarıb daha praqmatik və çoxşaxəli əməkdaşlıq modelinə keçirmək niyyətindədir”.
Röya İsrafilova