10:45
623
Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində XX əsr dünya musiqinin ən parlaq simalarından biri, görkəmli violonçel ifaçısı, dirijor, dünya vətəndaşı Mstislav Rostropoviçin əziz xatirəsinə həsr olunan “Əbədi melodiya: M.Rostropoviç irsi” adlı klassik musiqi konserti təşkil olunub.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Tədbir çərçivəsində bu il 135 illiyinin qeyd olunan görkəmli rus bəstəkarı Sergey Prokofyevin Maestro ilə dostluq və zəngin yaradıcılıq əlaqələrinə nəzər salınıb.
Tədbirdə çıxış edən muzeyin icraçı rəhbəri Günay Əliyeva M.Rostropoviçin həyat və yaradıcılığı barədə məlumat verib.
Konsertdə beynəlxalq müsəbiqələr laureatları, Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasının şagirdlərinin ifasında V.Motsart, S.Prokofyev, A.Piattinin əsərləri səsləndirilib.
Muzeyin zəngin fondunda qorunan fotolardan ibarət videoçarx nümayiş olunub.
09:52
903
27 Aprel 11:52
1 365
25 Aprel 17:27
3 766