Eşqi Bağırov: 5 mindən çox şagird intizam tədbirinə cəlb olunub
Sel nəticəsində dağılan evlərin tikintisi həyata keçiriləcək
Keşlədə 61 fərdi ev təmir ediləcək, yararsız hala düşmüş məişət əşyalarına görə yardım veriləcək
Agentlik sədri: Şagirdlərin çantalarının yoxlanılması məktəblərdəki problemləri aradan qaldırmayacaq
11:04
679
Rusiyanın “Çestnıy znak” dövlət markalama sistemi Ermənistan istehsalı “Cermuk” mineral suyunun mağazalarda satışını dayandırıb.
APA xəbər verir ki, bu barədə Perspektiv Texnologiyaların İnkişafı Mərkəzinin baş direktorunun müavini Revaz Yusupov bildirib.
Onun sözlərinə görə, dövriyyədə olan 338 min şüşəlik partiya yoxlama başa çatanadək satışdan kənarlaşdırılıb.
Məhsulun dövriyyəsinin dayandırılmasına səbəb kimi Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidmətinin (Rospotrebnadzor) məktubu göstərilib. Məktubda “Rusiya vətəndaşlarının həyat və sağlamlığına mümkün zərərin qarşısının alınması üçün təcili tədbirlərin görülməsinin vacibliyi” qeyd olunub.
Bloklamanın səbəbi kimi isə “məcburi tələblərin pozulması” göstərilib.
Qadağa 17 fevral 2026-cı il və 5 mart 2026-cı il istehsal tarixli məhsullara şamil edilib.
Yusupov əlavə edib ki, “yoxlama başa çatana qədər həmin məhsullar istehlakçıların əlinə keçməyəcək”.