12:24
609
“Bu il sertifikasiyanın sonuncu mərhələsidir. Bütün fənn müəllimləri sertifikasiyadan keçib”.
APA xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, bu ilə qədər 80 mindən çox müəllim sertifikasiyadan keçib: “Bu il isə ümumilikdə 100 mindən çox müəllim sertifikasiyadan keçəcək”.
Agentlik sədri qeyd edib ki, 90 min müəllimin əməkhaqqısı differensial qaydada tənzimlənəcək.
Eşqi Bağırov bildirib ki, sertifikasiya prosesi 17-25 iyun tarixində keçiriləcək.
Eşqi Bağırov onu da qeyd edib ki, bu il ilk dəfə məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesi həyata keçiriləcək.
O əlavə edib ki, məktəbəqədər təhsil müəssisələri üzrə sertifikatlaşdırmanın oktyabr ayında təşkili planlaşdırılır.