“Demarkasiya və delimitasiyanın aparılması sülhə açılan addımdır” Gündəm

“Demarkasiya və delimitasiyanın aparılması sülhə açılan addımdır”

“Demarkasiya və delimitasiyanın aparılması daimi və dayanıqlı sülhün olmasına öz müsbət təsirini göstərən amillərdən biridir. Onu da qeyd edək ki, Ermənistanla Azərbaycan arasında elə ərazilər var ki, delimitasiya olunası ərazilərdir. Bu mənada da müəyyən ərazilər var ki, delimitasiyanın aparılması Azərbaycan üçün daha əlverişlidir. Ona görə də bir daha qeyd edək ki, ümumiyyətlə, dövlətlər arasında bu kimi proseslər həmişə aparılır”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov söyləyib.

Deputat qeyd edib ki, qarşılıqlı razılaşma əsasında delimitasiyanın aparılması həyata keçirilir və ona görə də artıq Azərbaycanın iradəsi ilə ölkə prezidentinin uzaqgörən siyasəti nəticəsində Cənubi Qafqazda və regionda sülh əldə olunmaq üzrədir, stabillik yaranıb: “Bu stabilliyin yaranması, delimitasiyanın aparılması eyni zamanda sülhə açılan addımdır. Sülhün əldə olunması isə ümumiyyətlə region üçün, regiona investisiya qoyuluşu, böyük layihələrin həyata keçirilməsi üçün öz müsbət təsirlərini göstərəcək”.

Röya İsrafilova