Eşqi Bağırov: 5 mindən çox şagird intizam tədbirinə cəlb olunub
Sel nəticəsində dağılan evlərin tikintisi həyata keçiriləcək
Keşlədə 61 fərdi ev təmir ediləcək, yararsız hala düşmüş məişət əşyalarına görə yardım veriləcək
Agentlik sədri: Şagirdlərin çantalarının yoxlanılması məktəblərdəki problemləri aradan qaldırmayacaq
11:33
665
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (MEK) AMEA-nın elmi-tədqiqat institutlarında çalışan kitabxanaçıların peşə bacarıqlarını inkişaf etdirmək, qabaqcıl təcrübəni yaymaq və kitabxana-informasiya sahəsində elmi-innovativ bilikləri öyrənərək tətbiq etmək məqsədilə ixtisasartırma təlimləri təşkil edib.
Təlimin ilk günündə MEK-in direktoru texnika elmləri doktoru, dosent Hüseyn Hüseynov kitabxanaçılarla görüşərək dövlət tərəfindən bu sahəyə göstərilən yüksək qayğıdan danışıb, elmi kitabxanalarda səmərəli, məhsuldar tədqiqat mühitinin formalaşdırılmasının və qorunmasının vacibliyini vurğulayaraq iştirakçılara uğurlar arzulayıb.
İki həftə davam edəcək “Biliyin gələcəyi və innovasiyalar” adlı təlimdə iştirakçılar akademik kitabxanalarda süni intellektin tətbiqi, korporativ kitabxana sistemləri, rəqəmsal kolleksiyaların formalaşdırılması, nadir nəşrlərin qorunması və kitabxana işinə dair digər mühüm biliklərə yiyələnəcəklər.
MEK-in İnnovativ layihələr və metodiki təminat şöbəsinin müdiri Səyyarə Məmmədovanın rəhbərliyi ilə təşkil olunan təlimlərin sonunda aktiv iştirakçılara MEK tərəfindən sertifikatlar təqdim ediləcək.

