“Ukraynanın yeni taktikası Rusiyanı zəiflədir”
19 May 19:56
Keniyalı nazir: Dünya Bankının maliyyəsi təkbaşına gecəqondu problemini həll etmir
Vahid Hacıyev: Horadiz-Ağbənd avtomobil və dəmir yollarının tikintisi bitmək üzrədir
Asiya İnkişaf Bankı: Şəhərlərdə kiçik yaşıl məkanların yaradılmasına çalışmalıyıq
Tailandlı ekspert: Mənzil probleminin həlli üçün icmaları prosesin mərkəzinə qoymaq lazımdır
10:19
623
Qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası üçün bu ərazilərin rəsmi şəkildə tanınması və bütün sektorları əhatə edən inteqrə edilmiş həllərin tətbiqi vacibdir.
“APA-Economics” xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax WUF13 çərçivəsində keçirilən “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası: dünya üçün mənzil təminatı” adlı dialoq sessiyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycan Somali ilə birlikdə UN-Habitat-ın mənzil məsələləri üzrə açıq tərkibli işçi qrupu çərçivəsində qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası üzrə müzakirələrə həmsədrlik edir.
Anaklaudiya Rossbax qeyd edib ki, qeyri-rəsmi yaşayış məntəqələrinin tanınması və bu ərazilərlə bağlı məlumatların statistika və siyahıyaalma sistemlərinə daxil edilməsi əsas prioritetlərdəndir.
UN-Habitat rəhbəri vurğulayıb ki, bu ərazilər yalnız problem zonası deyil, həm də şəhərlərə gələn insanlar üçün təhsil, səhiyyə, məşğulluq və digər imkanlara çıxış qapısıdır.
O əlavə edib ki, qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası üçün mənzil, infrastruktur, sosial xidmətlər və maliyyə sahələrini əhatə edən inteqrə edilmiş həllər tələb olunur.
11:00
357
10:18
637
10:02
672