“Ukraynanın yeni taktikası Rusiyanı zəiflədir”
19 May 19:56
Fransa Qvianasının nümayəndəsi: Müstəmləkəçilikdən qalan bərabərsizliklər bu gün də özünü göstərir
Azərbaycanda magistral qaz kəmərləri ilə 14,3 mlrd. kubmetr qaz nəql edilib
Keniyalı nazir: Dünya Bankının maliyyəsi təkbaşına gecəqondu problemini həll etmir
Vahid Hacıyev: Horadiz-Ağbənd avtomobil və dəmir yollarının tikintisi bitmək üzrədir
10:38
581
Artıq sürətli reaksiya vermək və iqlim problemlərinin həllinə hazırlıqlı olduğumuzu nümayiş etdirmək vaxtıdır.
APA xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "İqlim və Mənzil Əlaqəsi" adlı tədbirdə çıxışında bildirib.
Rossbax çıxışında iqlim dəyişikliyi, urbanizasiya və qeyri-rəsmi yaşayış məntəqələri ilə bağlı qlobal böhranın dərinləşdiyini vurğulayaraq ciddi xəbərdarlıq edib.
O bildirib ki, son illərdə ekstremal hava hadisələri daha da artıb: “Bu, artıq gələcəyin yox, indinin reallığıdır”.
O, qeyd edib ki, dünyada 1 milyarddan çox insan suya, elektrikə və əsas xidmətlərə çıxışdan məhrumdur və bu insanlar çox qeyri-sabit şəraitdə yaşayır. Onun sözlərinə görə, qeyri-rəsmi yaşayış məntəqələrində yaşayan ailələr hər gün təhlükə içindədir, uşaqlar isə təhlükəsiz ev və təhsil mühitindən məhrumdurlar.
Rossbax əlavə edib ki, bu problem artıq beynəlxalq siyasətin mərkəzinə gətirilməlidir: “Qeyri-rəsmi məskunlaşma və mənzil problemi iqlim gündəliyinə tam inteqrasiya olunmalıdır. Biz bu sahədə hələ də geridə qalırıq”.
O, həmçinin bildirib ki, gələcək onilliklərdə şəhərlərə təxminən 2 milyard insanın əlavə olunacağı gözlənilir və bu, böyük mənzil tikintisi ehtiyacını yaradır: "Şəhərlərin nəzarətsiz genişlənməsi artıq təbiətə ciddi zərər vurur. Urbanizasiya təbiəti, kənd təsərrüfatını və ərzaq təhlükəsizliyini sıxışdırır”.
Çıxışda vurğulanıb ki, yeni şəhər planlaşdırması torpağın yalnız iqtisadi deyil, həm də sosial və ekoloji funksiyasını nəzərə almalıdır: "Daha kompakt və sıx şəhərlər həm iqtisadi inkişafı dəstəkləyir, həm də təbiətə təzyiqi azaldır. Biz şəhərləri daha planlı və sıx şəkildə inkişaf etdirməliyik ki, həm insanlar, həm də təbiət qorunsun”.
11:21
98
10:00
665
09:48
791