22 Avqust 15:31
“Dənizçi şəhid ailələri ilə iş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Əməkdar jurnalist Nurani Yasamal qəbiristanlığında dəfn edilib - YENİLƏNİB
Astarada dənizdə boğulduğu iddia edilən 5 uşaq atasının hava yolu ilə ölkəni tərk etdiyi məlum olub
ABŞ məhkəməsi Trampın 75 ölkəyə qoyduğu viza qadağasını ləğv edib
20 May 10:59
1 729
Qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası üçün ən effektiv model layihə əsaslı deyil, şəhər miqyasında icmaların rəhbərlik etdiyi yanaşmadır.
“APA-Economics” xəbər verir ki, bunu Tailandın Asiya Mənzil Hüquqları Koalisiyasının (ACHR) nümayəndəsi Somsuk Bunyabança WUF13 çərçivəsində keçirilən “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası: dünya üçün mənzil təminatı” adlı dialoq sessiyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, təxminən 50 illik təcrübə göstərir ki, yoxsul icmalar mənzil problemlərini özləri həll edə bilir və dəyişiklik yaratmaq üçün kifayət qədər motivasiyaya malikdirlər.
Somsuk Bunyabança qeyd edib ki, bunun üçün beş əsas şərt vacibdir: tələbat əsaslı və icma yönümlü yanaşma, bütün yaşayış məntəqələrini əhatə edən şəhər planı, hökumət, mütəxəssislər və icmalar arasında əməkdaşlıq, insanlara uyğun maliyyə sistemi və mənzilin yalnız fiziki tikili deyil, icma quruculuğunun aləti kimi qəbul edilməsi.
O vurğulayıb ki, problemlə üzləşən insanlar həll prosesinin əsas iştirakçısına çevrildikdə, hər bir problem eyni zamanda bir həll imkanına çevrilir.
Qeyd edək ki, ACHR (Asian Coalition for Housing Rights) Asiya Mənzil Hüquqları Koalisiyasıdır və region ölkələrində aşağı gəlirli icmaların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərən beynəlxalq şəbəkədir.
22 Avqust 15:54
896
22 Avqust 15:23
896
22 Avqust 11:07
994