Bu il BTC ilə 8 mln. tondan çox neft nəql edilib İqtisadiyyat

Bu il BTC ilə 8 mln. tondan çox neft nəql edilib

Bu ilin yanvar-mart aylarında Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə vasitəsilə 8 milyon 389,5 min ton neft ötürülüb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə Azərbaycanda maqistral neft kəmərləri üzrə nəqletmənin 77%-i BTC-nin payına düşüb.

Hesabat dövrü ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82,4%-ni və ya 6 mln. 914,3 min tonunu Azərbaycanda hasil edilən neft, 17,6%-ni və ya 1 mln. 475,2 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.