Asiya İnkişaf Bankı: Şəhərlərdə kiçik yaşıl məkanların yaradılmasına çalışmalıyıq Hadisə

Asiya İnkişaf Bankı: Şəhərlərdə kiçik yaşıl məkanların yaradılmasına çalışmalıyıq

"Şəhərlərin ən sıx məskunlaşmış ərazilərində kiçik yaşıl məkanların yaradılmasına çalışmalıyıq".

APA xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Təbiətə Müsbət Şəhərlərin Qurulması: Mənzil Dayanıqlılığı və Dayanıqlı Şəhər Gələcəyi” sessiasında Asiya İnkişaf Bankının Su və Şəhərsalma Sektoru Ofisinin direktoru, 2-ci Sektorlar Departamentinin nümayəndəsi Cinqmin Huanq deyib.

O bildirib ki, Asiya şəhərlərinin perspektivindən baxdıqda, təbiətə müsbət siyasətlər artıq seçim deyil, zərurətə çevrilib:

“2024–2030-cu illəri əhatə edən "Təbiətə Müsbət Asiya - Sakit Okean Regionuna Doğru" planı mahiyyət etibarilə yeni yanaşmanı əks etdirir. Plan, şəhərsalma, su, nəqliyyat, kənd təsərrüfatı və enerji sahələri daxil olmaqla müxtəlif sektorlar üzrə biomüxtəlifliyin itirilməsi, çirklənmə və iqlim dəyişikliyi ilə mübarizə üçün yol xəritəsi təqdim edir".

O vurğulayıb ki, Asiya İnkişaf Bankı tərəfindən həyata keçirilən əsas təşəbbüslərdən biri də təbiət əsaslı həllərin tətbiqidir:

“Bu yanaşma təbiətyönümlü siyasətin mühüm hissəsidir. Bir çox şəhərlərdə tətbiq olunan bu həllər iqlim dayanıqlığını artırmağa, ictimai sağlamlığı yaxşılaşdırmağa və şəhərlərin yaşayış üçün daha əlverişli olmasına xidmət edir”, – o bildirib.