14:14
840
Son sutka ərzində azı 35 müxtəlif gəmi İran Silahlı Qüvvələri ilə koordinasiyalı şəkildə Hörmüz boğazından keçib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH — İran Silahlı Qüvvələrinin elit bölməsi) Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
"Son sutka ərzində neft tankerləri, konteyner daşıyıcıları və digər ticarət gəmiləri də daxil olmaqla 35 gəmi, icazə aldıqdan sonra İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin koordinasiyası və təhlükəsizliyi təmin etməsi ilə Hörmüz boğazından keçib", — deyə bəyanatda bildirilir.
SEPAH-dan qeyd ediblər ki, İran Silahlı Qüvvələri Fars körfəzi regionundakı gərginliyə baxmayaraq, gəmiçilik və qlobal ticarətin həyata keçirilməsi üçün təhlükəsiz dəniz marşrutu yaradıb.
Məryəm Quliyeva