Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar rejimi hazırlayıb Gündəm

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar rejimi hazırlayıb

Avropa İttifaqı İrana qarşı Hörmüz boğazının bloklanması ilə bağlı yeni sanksiyalar rejimi hazırlayıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə AB Şurasının qərarında deyilir.

"AB Şurası bu gün İrana qarşı ilkin olaraq 2023-cü ildə Rusiyaya iddia edilən hərbi dəstəyə görə tətbiq edilmiş məhdudlaşdırıcı tədbirlərin miqyasını genişləndirmək barədə qərar qəbul edib. Yeni, təkmilləşdirilmiş sanksiya mexanizmi həmçinin İranın Yaxın Şərqdə gəmiçilik azadlığını təhdid edən fəaliyyəti ilə əlaqəli olan fiziki şəxslərə və təşkilatlara qarşı yönəldiləcək", — deyə sənəddə qeyd olunur. AB Şurasının versiyasına görə, "İranın Hörmüz boğazındakı hərəkətləri beynəlxalq hüquqa ziddir".

Yeni rejim çərçivəsində hələlik heç bir konkret tədbir tətbiq edilməyib, bu, daha sonra baş verəcək. Sanksiyalara ənənəvi olaraq AB-yə giriş qadağası və aktivlərin dondurulması daxil ediləcək.

Məryəm Quliyeva