Rubio İranla bağlı danışıqlarda kiçik irəliləyişin olduğunu bəyan edib Gündəm

Rubio İranla bağlı danışıqlarda kiçik irəliləyişin olduğunu bəyan edib

ABŞ administrasiyası İran ətrafındakı vəziyyətə dair danışıqlarda kiçik bir irəliləyiş qeydə alır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio NATO ölkələrinin xarici işlər nazirlərinin görüşünün keçiriləcəyi Helsinqborq şəhərində bəyan edib.

"İrana gəlincə, biz hazırda aparılan danışıqlar barədə məlumatları gözləyirik. Kiçik bir irəliləyiş nəzərə çarpır. Şişirtmək istəmirəm, lakin azca da olsa hərəkətlilik müşahidə olunur və bu, yaxşıdır. Əsas prinsiplər isə dəyişməz olaraq qalır. İran nüvə silahına sahib olmamalıdır, bu, sadəcə qeyri-mümkündür. Tehran heç vaxt nüvə silahı əldə etməməlidir və bu məqsədə çatmaq üçün biz uranın zənginləşdirilməsi məsələsini həll etməliyik. Biz yüksək dərəcədə zənginləşdirilmiş uran məsələsini həll etməli olacağıq", — deyə NATO-nun Baş katibi Mark Rütte ilə söhbətdən sonra Amerika diplomatiyasının rəhbəri bildirib.

Məryəm Quliyeva