18 Avqust 15:40
Çadayev Azərbaycan ittihamlarından sonra Rusiya nəqliyyat nazirinin müşaviri vəzifəsindən gedib
İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Trampın Hörmüzlə bağlı iddiasına reaksiya verib
Əraqçi: Prezident Pezeşkianın Azərbaycan Prezidenti ilə telefon danışığı vəziyyəti tamamilə dəyişdi
Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb
22 May 12:31
2 436
Şəki və Şirvan apellyasiya məhkəmələrinə yeni hakimlər təyin ediləcək.
Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə olunan layihədə əksini tapıb.
Aşağıdakı hakimlərin vəzifələrinin dəyişdirilərək Şəki Apellyasiya Məhkəməsinin hakimləri təyin ediləcək:
Mustafayev Etibar Mustafa oğlu - Şəki İnzibati Məhkəməsinin hakimi
Əsgərov Anar Əlifağa oğlu - Ağsu Rayon Məhkəməsinin hakimi.
Aşağıdakı hakimlərin vəzifələrinin dəyişdirilərək Şirvan Apellyasiya Məhkəməsinin hakimləri təyin ediləcək:
Hacızadə Fəxri Hümmət oğlu - Şəki İnzibati Məhkəməsinin hakimi
Ağabəyov Nicat Rauf oğlu - Lənkəran Rayon Məhkəməsinin hakimi.
Eyni zamanda Nural Turab oğlu Əliyevin vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad ediləcək. Bakı Hərbi Məhkəməsinin hakimi Bilal Mahir oğlu Məmmədovun vəzifəsi isə dəyişdirilərək Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin olunacaq.
18 Avqust 20:04
637
18 Avqust 17:19
700
18 Avqust 16:05
707