Kanada Ukraynaya hərbi yardım göstərməyə davam edəcəyini bildirib
“ABŞ İranla bağlı həm diplomatik, həm də təzyiq variantlarını nəzərdən keçirir”
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı silahın sahibi də cinayət təqibinə cəlb olunub
Polşa MN: ABŞ-ın hərbi mövcudluğunun artırılması respublika üçün prioritetdir
11:31
644
Bir neçə ildir Cənubi Qafqazda yeni geosiyasi reallıq formalaşıb.
Bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev “Cənubi Qafqazda Yeni Geosiyasi Reallıqlar: Azərbaycan və Sülh Gündəliyi” mövzusunda tədbirdə bildirib.
O, bu reallığın formalaşmasında Azərbaycanın rolunu vurğulayıb.
Fərid Şəfiyev əlavə edib ki, Azərbaycan yeni geosiyasi reallığın müəllifidir.
“Seçkilərin nəticəsi göstərir ki, Ermənistan sülh prosesini davam etdirmək istəyir. Amma yadda saxlamaq lazımdır ki, Azərbaycanın haqlı tələbləri dəyişməyib”, - BMTM sədri deyib.
Fərid Şəfiyevin sözlərinə görə, Qərb mediasında çap olunan bir sıra məqalələrdə iddia edilir ki, Azərbaycan Ermənistandan konstitusiya dəyişikliyi və referendumla bağlı tələbdən vaz keçməlidir.
“Biz isə deyirik ki, Azərbaycanın bu məsələyə baxışı birmənalıdır. Görünür Paşinyan və onun partiyası sülh istəyir, amma biz Ermənistanın gələcəkdə Paşinyan tərəfindən idarə olunmayacağı ehtimalını da nəzərə almalıyıq. Ona görə də bizə Ermənistan xalqının sülh prosesinə referendum vasitəsilə münasibət bildirməyi lazımdır”, - BMTM sədri qeyd edib.
Xatırladaq ki, Ermənistanın Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları yer alır. Müstəqillik Bəyannamədə keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin zəruriliyi ilə bağlı bənd var. Azərbaycan isə buna etiraz edir, Ermənistanla sülh sazişinin imzalanması üçün Konstitusiyada dəyişiklik edilməsini şərt kimi irəli sürür.
09:24
938
10 İyun 18:32
1 330
10 İyun 18:00
1 365