11:32
308
ABŞ-nin İndiana ştatının məhkəməsi dəstə tərkibində qadını qətlə yetirən yetkinlik yaşına çatmayan şəxsi 100 il həbs cəzasına məkum edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "ABC News" telekanalı məlumat verib.
15 yaşlı Comaci Lerri 2025-ci ilin fevralında dəstə tərkibində İndianapolisin şəhərətrafı zonası olan Andersen şəhərindəki gecə klubunun yaxınlığında 26 yaşlı Dayla Sveyni güllələyərək öldürüb. Həmin vaxt daha bir qadın odlu silah yarası alıb, üçüncü qadını isə atışma yerindən qaçmağa çalışan sürücünün avtomobili vurub. Prokurorluğun məlumatına görə, Sveyn başqa bir qətlin şahidinə qarşı uğursuz sui-qəsd cəhdi zamanı vurularaq öldürülüb. Lerri Sveynin qətlinə görə 50 il, dəstə üzvü olduğuna görə isə əlavə 50 il həbs cəzası alıb.
Bununla yanaşı, Lerrinin şərikli cinayətkarları — 19 yaşlı Raşan Samuels və Kayri Kreyver də həmin cinayətə görə müvafiq olaraq 125 və 90 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar cəzalarının yarısını qətlə, digər yarısını isə cinayətkar qruplaşmada yer aldıqlarına görə çəkəcəklər.
Məryəm Quliyeva