ABŞ-də infrastruktura qarşı kiberhücumların sayı kəskin artıb Dünya

ABŞ-də infrastruktura qarşı kiberhücumların sayı kəskin artıb

ABŞ xüsusi xidmət orqanları ölkədəki mülki infrastruktur obyektlərinə, xüsusən də su təchizatı və tullantı sularının axıdılması sistemlərinin elementlərinə qarşı kiberhücumların sayında kəskin artım qeydə alır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ-nin Kibertəhlükəsizlik və İnfrastrukturun Mühafizəsi Agentliyinin nümayəndəsinə istinadən "Reuters" agentliyi məlumat verib.

Xidmət mütəxəssislərinin qeyd etdiyinə görə, bədxahlar infrastruktur obyektlərinin idarəetmə sistemlərini daha səmərəli şəkildə sındırmaq üçün yeni texnologiyalardan istifadə etməyə başlayıblar. Kibertəhlükəsizlik Agentliyi infrastruktur operatorlarını xakerlərin sistemlərə müdaxilə etmək üçün istifadə edə biləcəyi məlumatları açıq girişdən silməyə çağırıb.

Məryəm Quliyeva