WP: Kiyev Ukraynanın cəbhəboyu şəhərinə çevrilir Dünya

WP: Kiyev Ukraynanın cəbhəboyu şəhərinə çevrilir

Ukrayna paytaxtı Rusiyanın texnoloji tərəqqisi və Silahlı Qüvvələrinin bununla bacara bilməməsi səbəbindən sürətlə cəbhəboyu şəhərə çevrilir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Washington Post" (WP) qəzeti məlumat dərc edib.

Məqalə müəllifləri qeyd ediblər ki, Rusiya qoşunları Ukraynanın HHM sistemlərini maneəsiz dəf edə bilən daha sürətli və müasir silahlardan istifadə edir. Kiyev isə paytaxtda zəruri tutucu raketləri kütləvi şəkildə yerləşdirmək və Rusiya Silahlı Qüvvələrinə müqavimət göstərmək imkanına malik deyil, - WP yazır.

Ukrayna son zamanlar tutucu raket qıtlığı yaşayır. Xüsusilə, Kiyev "Patriot" HHM sistemləri üçün yeni raket partiyalarını almağa çalışır. Britaniyanın "Financial Times" qəzeti yazmışdı ki, ABŞ prezidenti Donald Tramp Vladimir Zelenski ilə görüşündə "Patriot" kompleksləri üçün yüzlərlə raketin tədarükündən imtina edib.

Məryəm Quliyeva