ABŞ və Yaponiya regionda irimiqyaslı hərbi təlimlər keçirəcək Dünya

ABŞ və Yaponiya regionda irimiqyaslı hərbi təlimlər keçirəcək

​19-29 oktyabr tarixlərində Yaponiyanın ərazisində və ətraf akvatoriyalarında ABŞ və Yaponiya silahlı qüvvələrinin birgə "Keen Sword" hərbi təlimləri keçiriləcək.

Xalqcebhesi.az xəbər verir ki, Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, manevrlərə, həmçinin Avstraliya, Almaniya və Fransa da daxil olmaqla, daha yeddi ölkənin bölmələri qatılacaq. Yaponiya tərəfindən təlimlərə 45 minə yaxın hərbçi, 40-a yaxın hərbi gəmi və 250 təyyarə cəlb olunacaq. ABŞ kontingentinin sayı və tərkibi barədə məlumat verilmir.

​Manevrlər zamanı ilk dəfə olaraq Yaponiyanın 1000 km mənzilə malik yeni "Type-25" yerüstü mobil raketləri nümayiş etdiriləcək. İki ölkənin hərbçiləri bu cür silahların tuşlanması və tətbiqi üzrə qarşılıqlı əlaqəni məşq edəcəklər, lakin raketlərin real buraxılışı həyata keçirilməyəcək.

​Qeyd edək ki, "Keen Sword" manevrləri iki ildən bir, ABŞ-Yaponiya komandir-qərargah təlimləri olan "Keen Edge" ilə növbəli şəkildə təşkil olunur.

Məryəm Quliyeva