Rusiya prezidentinin xüsusi nümayəndəsi ABŞ rəsmiləri ilə danışıqlar aparıb Dünya

Rusiya prezidentinin xüsusi nümayəndəsi ABŞ rəsmiləri ilə danışıqlar aparıb

Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev çərşənbə akşamı ABŞ rəsmiləri ilə "konstruktiv danışıqlar" keçirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi amerikalı məmurlara istinadən məlumat yayıb.

Agentliyin mənbəsinin sözlərinə görə, tərəflər Ukrayna münaqişəsinin tənzimlənməsi mövzusunu və "müharibədən sonra energetika sahəsində gələcək ABŞ-Rusiya təşəbbüslərini" müzakirə ediblər.

Ötən həftə rusiyalı diplomatlar bildirişdilər ki, Rusiya yaxın vaxtlarda ikitərəfli münasibətlərdəki "narahatlıq doğuran məqamları aradan qaldırmaq" üçün ABŞ ilə təmaslar keçirməyi planlaşdırır. Vaşinqtondakı səfir Aleksandr Darçiyev viza məsələləri də daxil olmaqla bir neçə görüşün keçirilə biləcəyini qeyd etmişdi.

Məryəm Quliyeva