16:34
427
ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı Amerika sanksiyalarının yumşaldılmasını nəzərdə tutan təşəbbüsü dəstəkləyib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Atlantic" jurnalı məlumat yayıb.
Nəşrin mənbələrinin verdiyi məlumata görə, bir neçə ay əvvəl bu ideyanı Trampa onun Belarus üzrə xüsusi nümayəndəsi Con Koul təqdim edib. Onun təklifi Rusiyanın bir sıra məhbusları azad etməsi müqabilində ABŞ-nin Rusiya iqtisadiyyatına tətbiq etdiyi məhdudiyyətlərin bir hissəsinin yumşaldılmasını nəzərdə tutur. Ehtimal olunur ki, bu, "ABŞ-yə Rusiya nefti, dizel yanacağı, nadir torpaq mineralları və digər xammal malları ilə bağlı sərfəli sövdələşmələr bağlamağa imkan verərdi". Nəşr qeyd edir ki, təşəbbüs ilkin mərhələdədir və bu barədə əvvəllər məlumat verilməyib.
Məryəm Quliyeva