15:57
406.jpg)
Hörmüz boğazında gəmi hücuma məruz qaldıqdan sonra yanğın baş verib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzi (UKMTO) məlumat yayıb.
"UKMTO 28 sentyabr 2026-cı il tarixində axşam saatlarında Hörmüz boğazında baş vermiş insidentlə bağlı gecikmə ilə daxil olan məlumat alıb. Üçüncü tərəfin məlumatına görə, Hörmüz boğazı ilə hərəkət edən gəmiyə, ehtimala görə, naməlum mərminin dəyməsi nəticəsində göyərtədə yanğın baş verib. Yanğın sonradan söndürülüb və gəmi yoluna davam edib", - deyə koordinasiya mərkəzi məlumat yayıb.
Qurumdan dəqiqləşdirilib ki, heyət üzvləri xəsarət almayıb. Gəminin adı, tipi və qeydiyyat limanı barədə məlumat verilmir.
Məryəm Quliyeva