“Vaşinqton hərbi gücdən istifadə edərsə…”
29 Sentyabr 15:04
29 Sentyabr 15:04
29 Sentyabr 14:48
29 Sentyabr 14:40
29 Sentyabr 13:47
07:34
427
ABŞ Maliyyə Nazirliyi Kubaya qarşı sanksiya rejimini növbəti dəfə sərtləşdirərək bu ölkənin maliyyə əməliyyatlarına, o cümlədən özəl sektora yeni məhdudiyyətlər tətbiq edib.
Xalqcebhesi.az xəbər verir ki, Maliyyə Nazirliyinin məlumatına əsasən, Kuba güc strukturları və "Grupo de Administración Empresarial S.A." (GAESA) konqlomeratı ilə əlaqəli təşkilatlarla hər cür maliyyə əməliyyatı qadağan edilib. Maliyyə qurumu, həmçinin 2024-cü ildən bəri ABŞ banklarına təyinat və mənbə məntəqəsi ABŞ-dən kənarda olan və Amerika vətəndaşlarının maraqlarına toxunmayan dollar ödənişlərini həyata keçirməyə icazə verən baş lisenziyanı ləğv edib.
Bununla yanaşı, ABŞ banklarına özəl sektorun müstəqil sahibkarı olan Kuba vətəndaşlarının adına hesab açmaq və idarə etmək icazəsi verən icazə də ləğv olunub. Özəl sahibkarların ABŞ bank sisteminə çıxışı 2024-cü ildə 46-cı prezident Co Baydenin dövründə, yerli özəl sektoru dəstəkləmək tədbirləri çərçivəsində təmin edilmişdi.
Maliyyə Nazirliyi 44-cü prezident Barak Obamanın vaxtilə ABŞ vətəndaşlarına icazə verdiyi bəzi səfər kateqoriyalarını da məhdudlaşdırır. Söhbət mütəxəssislərin konfransları, görüşləri və mədəni mübadilə proqramlarından gedir. İndi bu tədbirlərdə iştirak etmək üçün Amerika hakimiyyətinin xüsusi icazəsi tələb olunur.
Son zamanlar Kubanın ABŞ-dən idxalı əhəmiyyətli artım nümayiş etdirir. ABŞ hökumətinin məlumatlarına görə, iyul ayında Kuba 149 milyon dollar məbləğində mal idxal edib ki, bu da 1992-ci ildən bəri ən yüksək aylıq göstəricidir. Bu ilin yanvar-iyul ayları ərzində alışların həcmi 674 milyon dolları keçib ki, bu da demək olar ki, bütün 2025-ci il üzrə idxalın ümumi həcminə bərabərdir.
Məryəm Quliyeva