16:11
392
Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsəd əl-Şeybani Dəməşqdə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ilə görüşüb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə hökumətdəki mənbə "Syria TV" telekanalına bildirib.
"Danışıqlar "Tişrin" sarayında keçirilir və Avropa İttifaqının Suriya ilə uzunmüddətli tərəfdaşlığının qurulmasına həsr olunub. Aİ Suriya hakimiyyətinə iqtisadi vəziyyətin sabitləşdirilməsində və dövlət institutlarının fəaliyyətinin bərpasında köməklik göstərmək niyyətindədir".
Məlumata görə, Kallas daha sonra ərəb respublikasının keçid dövrü üzrə prezidenti Əhməd əl-Şara tərəfindən qəbul ediləcək.
Məryəm Quliyeva