19:20
399
"Bu gün Slovakiya və Azərbaycan arasında əla siyasi dialoq mövcuddur".
Bunu Bakıda Slovakiya Respublikasının Konstitusiya Günü və Silahlı Qüvvələr Günü münasibətilə keçirilən qəbulda Slovakiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Elçin Qasımov deyib.
O bildirib ki, bu, yaxın zamanda baş tutan yüksəksəviyyəli rəsmi səfərlərlə də açıq şəkildə nümayiş etdirilib: “Ən yüksək səviyyədə həyata keçirilən bu qarşılıqlı səfərlər münasibətlərimizin möhkəmliyini və əlaqələrimizi daha da inkişaf etdirmək və gücləndirməkdə qarşılıqlı marağımızı təsdiqləyir.
Tərəfdaşlığımız praqmatizm və qarşılıqlı hörmət üzərində qurulub. Slovakiya və Azərbaycan arasında həqiqi strateji tərəfdaşlıq mövcuddur. Münasibətlərimiz sadəcə formal diplomatik əlaqələrdən ibarət deyil. Biz bir-birinin yanında dayanan dost xalqlarıq və mükəmməl münasibətlərimizi konkret layihələrə və praktiki əməkdaşlığa çevirməyə çalışırıq”.
Səfir qeyd edib ki, Azərbaycanı regionun əsas ölkələrindən biri, mühüm sabitlik və inkişaf təminatçısı kimi qiymətləndirirlər.
19:53
245
19:51
252
19:22
371