Binədə 24 yaşlı qadın qətlə yetirilib, əri tutulub Hadisə

Binədə 24 yaşlı qadın qətlə yetirilib, əri tutulub

Xəzər rayonun Binə qəsəbəsində qətl hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə oktyabrın 6-da saat 21 radələrində Binə qəsəbəsi Ə.İsazadə küçəsində qeydə alınıb.

Bakı şəhər sakini 1986-cı il təvəllüdlü Museyib Əhmədov arvadı 2002-ci il təvəllüdlü Fatimə Rəhmanzadəyə bıçaqla çoxsaylı xəsarət yetirib.
F.Rəhmənzadə xəstəxanaya yerləşdirilib və orada ölüb.

M.Əhmədov polis əməkdaşları tərəfindən tutulub.

Araşdırma aparılır.