Makron: Fars körfəzi ölkələrindən resursların daşınması 10 dəfə bahalaşıb Gündəm

Makron: Fars körfəzi ölkələrindən resursların daşınması 10 dəfə bahalaşıb

ABŞ və İsrailin İranla başladığı münaqişə və nəticədə Hörmüz boğazının blokadaya alınması Fars körfəzi regionundan resursların daşınma qiymətlərinin on dəfə artmasına səbəb olub ki, bu da logistika zəncirini faktiki olaraq iflic edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Qətərə səfəri zamanı jurnalistlərə bəyan edib. Onların mətbuatla görüşü Yelisey sarayının mətbuat xidməti tərəfindən yayımlanıb.

"Hazırda əsas problem nəqliyyat xərcləridir, onlar on dəfə artıb", - deyə o bildirib. Makronun sözlərinə görə, bu onunla bağlıdır ki, "sığortalanmış gəmilərin sayı çox az olduğu üçün yük çatdırılması üçün gəmi çatışmır".

Prezident qeyd edib ki, hazırda son dərəcə məhdud sayda gəmi Hörmüz boğazı vasitəsilə reyslərini davam etdirir və müvafiq sığortaya malikdir. O, həmçinin xəbər verib ki, hazırda nəqliyyat xərclərini azaltmağa imkan verəcək regional səviyyədə yeni zəmanət mexanizminin tətbiqi müzakirə olunur.

Məryəm Quliyeva