Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistana işgüzar səfərə gedib Siyasət

Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistana işgüzar səfərə gedib

Noyabrın 18-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının Şura və 61-ci plenar iclasında iştirak etmək üçün Türkmənistana işgüzar səfərə gedib.

Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb.

Türkmənbaşı beynəlxalq hava limanında Milli Məclisin sədrini Türkmənistan Məclisinin Elm, təhsil, mədəniyyət və gənclər siyasəti komitəsinin sədri Bayramgözəl Muradova, MDB PA-nın Baş katibi Dmitri Kobitski, Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov, Milli Məclisin MDB PA-dakı səlahiyyətli nümayəndəsi Aydın Cəfərov və digər rəsmi şəxslər qarşılayıblar.

Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistana işgüzar səfərə gedibMilli Məclisin sədri Sahibə Qafarova Türkmənistana işgüzar səfərə gedibMilli Məclisin sədri Sahibə Qafarova Türkmənistana işgüzar səfərə gedib