İran ABŞ ilə razılaşma üçün bütün cəbhələrdə atəşkəs tələb edib Dünya

İran ABŞ ilə razılaşma üçün bütün cəbhələrdə atəşkəs tələb edib

Bütün cəbhələrdə müharibənin dayandırılması ABŞ ilə istənilən razılaşmanın ayrılmaz hissəsi olmalıdır və İranın əsas tələblərindən biri olaraq qalır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.

"Bütün cəbhələrdə müharibənin dayandırılması istənilən razılaşmanın ayrılmaz hissəsi olmalıdır. Müharibənin davam etdiyi bir şəraitdə razılaşma ola bilərmi? Ona görə də bu, İranın tələblərindən biridir", – deyə o, brifinq zamanı qeyd edib.

Bəqainin sözlərinə görə, bu tələb təkcə İranın maraqlarına cavab vermir, həm də onun bütün region qarşısındakı məsuliyyətini əks etdirir, çünki Tehran regionda təhlükəsizlik və sabitliyə vahid tam kimi baxır. Diplomat vurğulayıb ki, İranın tələbləri aydındır və XİN onların yerinə yetirilməsinə qətiyyətlə və ardıcıl şəkildə nail olacaq.

Məryəm Quliyeva