“Rusiya Suriyada ilişib” Siyasət

“Rusiya Suriyada ilişib”

"Rusiya Suriyada yaman ilişib. DAİŞ-lə savaş adı ilə Suriyada hərbi əməliyyatlar həyata keçirdi, müttəfiqi Bəşər Əsədi qorudu. Suriyada DAİŞ ortada yoxdur bunun əvəzinə başqaları var". Bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, hazırda Suriya ərazisində İran-İsrail savaşı qızışır: "Bu savaş Rusiya prezidenti Vladimir Putini çətin duruma sürükləyib. Kreml sahibi bir tərəfdən Suriyada İranla sözdə müttəfiqdir, o biri tərəfdən İrana görə İsraillə dost münasibətlərinə də son vermək istəmir. Odur ki, Putin Suriya ərazisində İran-İsrail savaşına səssiz qalıb. İsrailin baş naziri Benyamin Netanyahu 9 may qələbə paradında Moskvada Putinlə birgə addımlayırdı. Bu səhnə Tehranın xoşuna gəlməyəcək. Putin hələ ki, nə İrana, nə də İsrailə söz deyə bilir, ancaq seyrçi mövqeyini davam etdirməsi Rusiyanın prestijinə zərər vurmağa başlayır".