“Avropa Mühafizəkarlar və İsıajatçılar Alyansının sammitinin Bakıda keçirilməsi böyük siyasi mənası və çəkisi olan hadisədir” Siyasət

“Avropa Mühafizəkarlar və İsıajatçılar Alyansının sammitinin Bakıda keçirilməsi böyük siyasi mənası və çəkisi olan hadisədir”

Elman Nəsirov: "Azərbaycanın Avropanın nüfuz və güc baxımdan üçüncü ən böyük Alyansında təmsil olunması əhəmiyyətlidir"

Arzu Nağıyev: "Belə bir alyansda təmsil oluhnmaq Azərbaycan reallıqlarının, problemlərinin dünyaya çatdırılmasında mühüm əhəmiyyət kəsb edir"

Məhəmməd Əsədullazadə: "Bakı sammiti ölkəmizin Avropanın siyasi inteqrasiyasında mühüm rol oynaya biləcək tədbirdir"

Bakıda Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) da üzv olduğu Avropa Mühafizəkarlar və İslahatçılar Alyasınsının (The Alliance of Conservatives and Reformists in Europe -ACRE) Şura iclası və "Birgə gələcək qururuq" adlı sammiti keçirilib.
Sammitdə Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının rəsmi şəxsləri, Azərbaycan hökumətinin, Milli Məclisin, Avropa Parlamentinin, Avropa ölkələrinin milli parlamentlərinin üzvləri, beynəlxalq ekspertlər iştirak ediblər.
Sammitin açılışında Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov prezident İlham Əliyevin sammitə ünvanladığı məktubu oxuyub. Sammit çərçivəsində "Eenerji təhlükəsizliyi", "İqtisadi azadlıq", "Rəqəmsal iqtisadiyyat", "Təhsil transformasiyası", "nəqliyyat və əlaqə" və "İdarəetmə və lokallıq" mövzularında panellər keçirilib.
Qeyd edək ki, Avropa Mühafizəkarlar və İslahatçılar Alyansı (The Alliance of Conservatives and Reformists in Europe - ACRE) 2010-cu ildə yaradılıb. Avropa Mühafizəkarlar və İslahatçılar Alyansı Avropanın sağ mərkəzçi siyasi partiyalarının ittifaqıdır və özündə 33 ölkədən olan 38 üzv və tərəfdaş siyasi partiyanı birləşdirir. ABŞ-ın hakim Respublikaçılar Partiyası, İsrailin hakim Likud Partiyası, Avstraliyanın hakim koalisiyasının üzvü olan Liberal Partiya, Yeni Zelandiyanın hakim Milli Partiyası, Kanadanın Mühafizəkarlar və Mərakeşin İstiqlal partiyaları ACRE-nin regional tərəfdaşlarıdır.
Alyansın üzvü olan partiyalar Avropanın bir sıra ölkələrində hakimiyyət partiyalarıdır. Bu sırada Böyük Britaniyanın Mühafizəkarlar, Türkiyənin Ədalət və İnkişaf, Polşanın Hüquq və Ədalət partiyalarını qeyd etmək olar.
ACRE Avropa Parlamentində 71 deputat təmsil olunur və say tərkibinə görə Avropa Parlamentinin 3-cü ən böyük fraksiyasına malikdir. ACRE-nin təmsilçisi Riçard Çarnetski Avropa Parlamentinin vitse-prezidentidir.
Alyansın prezidenti Jan Zahradil Çex Respublikasından Avropa Parlamentinin üzvüdür.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Avropanın aparıcı siyasi partiyalar ittifaqlarından biri olan Avropa Mühafizəkarlar və İslahatçılar Alyansı ilə yaxından əməkdaşlıq edir. Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının (AECR) 22 may 2015-ci il tarixdə keçirilən toplantısında BAXCP Alyansın üzvlüyünə namizəd kimi qəbul olunub. Qarşılıqlı əməkdaşlığın genişləndirilməsi nəticəsində BAXCP AECR-in 13 noyabr 2015-ci il tarixdə Tunisdə keçirilən zirvə toplantısında qurumun tamhüquqlu üzvü seçilib.
Ekspertlər tədbirin əhəmiyyətini dəyərləndiriblər.
Millət vəkili, politoloq Elman Nəsirov bildirdi ki, Azərbaycan paytaxtında Avropa Mühavizəkarlar və İslahatçılar Alyansının sammiti keçirildi və bu, artıq Bakı Sammiti kimi dünyanın kütləvi informasiya vasitələrində qeyd olunmaqdadır. Onun sözlərinə görə, Avropa Mühavizəkarlar və İslahatçılar Alyansında 33 ölkənin partiyası cəmlənib: "Yeri gəlmişkən qeyd edim ki, Azərbaycanı burada Bötöv Azərbaycan Xalq Cəbhəsdi Partiyası təmsil edir. Alyans Avropada kifayət qədər nüfuzlu partiyalar birliyidir. Alyans Avropa Parlamentində 71, Avropa Şurasında isə 78 deputatla təmsil olunur. Avropada son dərəcə nüfuzlu Xalq partiyasından, sosial demokratlardan və sosialistlərdən sonra öz gücü, potensialına görə üçüncü qurum hesab olunur. Bu nöqteyi nəzərdən alyansın sammitinin Bakıda keçirilməsi böyük siyasi mənası və çəkisi olan hadisədir. Nəzərə alsaq ki ötən ilin dekabrında alyansın sammiti Ermənistan paytaxtında keçirilmişdi. Bu baxımdan alyansa daxil olan partiya üzvlərinin Azərbaycanla Ermənistanı müqayisə etmək üçün unikal imkanı oldu. Onlar ötən il Ermənistan paytaxtında olarkən faktiki olaraq iflic vəziyyətində olan, dağılmış, sistemli böhran yaşayan bir Ermənistan görmüşdülər. Özləri də tədbir çərçivəsində bu fikirlıəri gizlətmiridlər ki, gördükləri Ermənistanda inqilabın baş verməsi onları təəccübləndirmədi. Eyni zamanda Azərbaycandakı inkişaf, sabitlik, Bakının dünyanın ən gözəl şəhərlərinin sırasına daxil olmasını görmələri onlar üçün əhəmiyyətli məqamlar idi. Nümayəndə heyəti tədbir çərçivəsində bu mövqelərini gizlətmirdilər".
Millət vəkili əlavə etdi ki, sammit çərçivəsində çox ciddi müzakirələr keçirildi: "Müzakirələrin gedişatında ilk növbədə enerji təhlükəsizliyi, iqtisadi azadlıq məsələləri və.s faktorlar diqqət mərkəzində saxlanılırdı. Xüsusi vurğulandı ki, Azərbaycan bu gün dünyanın enerji xəritəsini dəyişməkdədir. Avropanın meqa layihəsi olan, qiymıti 40 milyard dolları ötən "Cənub Qaz Dəhlizi" layihəsinin təşəbbüskarı kimi çıxış edir. Bu layihənin seqmenti olan TANAP-ın yaxın günlərdə açılacağı ilə bağklı fikirlər səsləndi. Eyni zamanda vurğulayım ki, tədbir çərçivəsində Azərbaycan prezidentinin ictimai siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlət başçısının sammit iştirakçılarına təbrik nitqini oxudu. Həmin nitqdə də bir daha qeyd olunurdu ki, Avropa Mühavizəkarlar və İslahatçılar Alyansının Avropada xüsusi yeri və çəkisi var və Azərbaycan bu qurum ilə əməkdaşlığın inkişafında maraqlı tərəfdir. Bütövlükdə keçirilən müzakirələr olduqca əhəmiyyətli oldu. Bir daha söyləyirəm ki, həm Azərbaycanın Avropanın nüfuz və güc baxımdan üçüncü ən böyük Alyansında təmsil olunması, Azərbaycan reallıqlarının təbliği baxımından əhəmiyyətlidir. Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı ilə bağlı müzakirələr getdi və bu fikir hasil oldu ki, bu gün Azərbaycan dinamik şəkildə inkişaf edən dövlətdir. Hətta Albaniyadan olan nümayəndə Bakıda ilk dəfə, Dubayda isə dəfələrlə olduğunu qeyt tdi və Bakının Dubaydan da gözəl olduğunu vurğuladı. İlk növbədə bu fikir hasil oldu ki, Azərbaycanın dinamik inkişafı hələ Ermnənistanın işğalçılıq siyasət və təcavüzü fonunda baş verir. Əgər bu işğala son qoyulsaydı Azıərbaycan daha böyük inkişafa nail ola bilərdi. Bu nöqteyi nəzərdən hesab edirəm ki, sammit çox uğurlu keçdi, gələcəkdə bu alyans çərçivəsində Azərbaycanla əlaqələrin inkişafı üçün yeni imkanlar pəncərəsi açıldı".
Politoloq Arzu Nağıyev diqqətə çatdırdı ki, ümumiyyətlə bu, Azərbaycan üçün əhəmiyyət kəsb edən tədbirdir: "Çnüki Azərbaycanın aparıcı partiyalarından olan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası da bu alyansın üzvüdür. Avropa Mühavizəkarlar və İslahatçılar Alyansına daxil olan partiyalar bu gün aparıcı dövlətlərin, hətta supergüclərin də daxil olduğu ölkələrin bir neçəsində iqtidar partiyalarıdır. Belə bir alyansda təmsil oluhnmaq Azərbaycan reallıqlarının, problemlərinin dünyaya çatdırılmasında mühüm əhəmiyyət kəsb edir. Məhz buna görə də, Azərbaycanda keçirilən bu sammit müsbət dəyərləndirilməlidir. Düşünürəm ki, gələcəkdə də dünyəvi dövlət olan Azərbaycan üçün bizim dəyərlərimizi dünyaya çatdırmaqda mühüm əhəmiyyət kəsb edəcək. Eyni zamanda Avropa İttifaqında təmsil olunan deputatların da bu gün Azərbayan reallıqlarını gözü ilə görməsi, onların Prezident Administrasiyası, Milli Məclis və siyasi partiyalatrla görüşlər keçirməsi əhəmiyyət kəsb edir".
Politoloq Məhəmməd Əsədullazadə dedi ki, Avropa Mühafizəkarlar və İsıajatçılar Alyansının Bakı sammiti ölkəmizin Avropanın siyasi inteqrasiyasında mühüm rol oynaya biləcək tədbirdi: "Qeyd edim ki, ölkəmiz son illər beynəlxalq siyasi təşkilatların sammitinə ev sahibliyi edir. Bu da ölkəmizin beynəlxalq siyasi konyukturada mövqeyinin güclənməsinə, həmçinin sözünün eşidilməsinə gətirib çıxarır. Məhz Alyansın rəsmi təmsilçisinin qrumun üzvülərinin işğal olunmuş Azərbayacan ərazilərinə səfər etməyəcəklərini qeyd etməsi bunun göstəricisidir. Ölkəmiz Avropa məkanında getdikcə öz siyasi mövqeyini inkişaf etdirməklə, Qarabağla bağlı real dəstəyin qazanılmasına nail olur. Belə bir mötəbər təşkilatların ölkəmizdə sammitinin keçirilməsi mütəmadi xarakter alması təqdirəlayiqdir. Fikir versək, Cənubi Qafqaz ölkəsi olaraq Azərbaycan beynəlxalq tədbirlər üçün əsas ev sahibliyi edir. Bunu nə Ermənistan, nə də Gürcüstan edir. Çünki ölkəmiz getdikcə beynəlxalq birlik üçün əhəmiyyətli və geoiqtisadi önəm kəsb edir".
Politoloq Taleh Əliyev söylədi ki, Avropa Mühafizəkarlar və İslahatçılar Alyasınsının Şura iclasının və eyni zamanda "Birgə gələcək qururuq" adlı sammitinin Bakıda keçirilməsi çox təqdirəlayiq haldır: "Tədbir ölkəmizin Avroatlantik məkana inteqrasiyası baxımından əhəmiyyətli hadisədir və təşkilatçılara belə bir gözəl təşəbbüslə çıxış etdiklərinə görə təşəkkür edirəm. Bilirsiniz ki, hazırkı mərhələdə xüsusilə Avropa ölkələrində sağ partiyaların hakimiyyətdə təmsilçiliyi faktları gündən günə artır. Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların belə qrumlarda təmsilçiliyi və aktiv iştirakı hesab edirəm ki, təkcə partiya maraqları baxımından deyil, eyni zamanda, milli maraqlarımız baxımından da çox əhəmiyyətlidir. Bu qəbildən olan ikitərəfli və çoxtərəfli farmatlarda beynəlxalq əməkdaşlıqların genişləndirilməsi yalnız alqışlanmalıdır. "Birgə gələcək qururuq" adlı sammit haqqında yerli mətbuatda gedən məlumatlarda göstərir ki, bu tədbir görüntü xatirinə təşkil olunmuş formal bir toplantı deyil, həqiqətən də birgə gələcəyin qurulmasına xidmət edən aktual məsələlərə həsr olunan ciddi bir müzakirə platformasıdır. Sammit çərçivəsində təşkil olunmuş panellərdə müzakirə olunan enerji təhlükəsziliyi, iqtisadi azadlıqlar, rəqəmsal iqtisadiyyat, nəqliyyat daşınmaları, təhsil, yerli idarəetmə ilə bağlı məsələlərdə dediklərimizi bir daha təsdiq edir. Bu tip tədbirlərin gələcəkdə də ölkəmizdə təşkil olunması çox arzu olunandır".

Əli