“Elçibəy bütün türk dünyasının birliyi uğurunda mübarizə aparıb” Siyasət

“Elçibəy bütün türk dünyasının birliyi uğurunda mübarizə aparıb”

Vaqif Abışov: "Onun dövlətçiliyə olan sevgisi və sadiqliyi bir örnəkdir"

Niyaməddin Orduxanlı: "Elçibəy müstəqiliyimiz üçün nəinki prezident kürsüsünü, hətta öz canını belə qurban verərdi"

Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin 80 illik yubileyi qeyd olunacaq. Elçibəy yolunun davamçısı olan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP)
funksionerləri Əbülfəz Elçibəylə bağlı öz düşüncələrini, xatirələrini "Xalq Cəbhəsi" ilə bölüşüblər.
BAXCP Ali Məclisinin sədri Vaqif Abışov bildirdi ki, Əbülfəz Elçibəy hər şeydən öncə böyük şəxsiyyət idi: "Bu təkcə mənim fikrim deyil. O, 1960-cı illərdən Azərbaycanın müstəqilliyi uğrunda mücadilə aparıb. Ondan sonra milli azadlıq hərəkatına rəhbərlik etməsindən vəfatına qədər böyük yol keçib. Bu illər ərzində keçdiyi yol, dövlətçilik qarşısında əvəzsiz xidmətləri onun böyük insan olması haqqında fikirlər forlamalaşdırıb. O, böyük şəxsiyyət olmaqla yanaşı, görkəmli siyasi xadim, ideoloq idi. Onun üçün Bütöv Azərbaycan ideologiyası, millət, vətən, dövlətçilik hər şeydən öndə gəlirdi. Əbülfəz Elçibəy həyatını bu ideallar uğrunda sərf edib. Onun uğrunda da mübarizə aparıb. Öz tərəfdaşlarını da bu yolda mübarizəyə səsləyib. Elçibəyi bu yoldan sapdırmaq mümkün olmayıb. Həm xaricdən, həm də daxildən təqiblər, təzyiqlər onu bu yoldan döndərə bilməyib. Elçibəy müəyyənləşdirdiyi hədəfə çatmaq üçün bütün çətinliklərə dözüb və ömrünün sonuna qədər mübarizə aparıb. Onun liderliyi ilə qarşıya qoyulan hədəflər uğrunda çoxsaylı tərəfdarlar yaranıb. Bu hədəflərdən ən birincisi Bütöv Azərbaycandır. Elçibəy bütün ömrünü Bütöv Azərbaycanın birliyi uğrunda sərf edib. Təsadüfi deyil ki, Bütöv Azərbaycan Birliyi (BAB) adlı təşkilat məhz onun dövründə yaranmışdı. İkincisi, millət məsələsi onun üçün həmişə prioritet olunb. Elçibəy millət deyərkən bütövlükdə türk millətini nəzərdə tuturdu. O təkcə 50 milyonluq Azərbaycan türklərinin deyil, bütün türk dünyasının birliyi uğurunda mübarizə aparıb və bu yolda da öz sədaqətini nümayiş etdirib".
Vaqif Abışov əlavə etdi ki, bundan başqa onun dövlətçiliyə olan sevgisi və sadiqliyi bir örnəkdir: "O dövlətçilik uğrunda canını belə fəda etməyə hazır bir şəxsiyyət olub. Biz bunu onun hakimiyyətdə olduğu illərdə və ondan sonrakı dövrdə də gördük. Digər tərəfdən Əbülfəz Elçibəy özündən sonra bir siyasi mədəniyyət qoyub getdi. O siyasi təşkilatlarla olan təmaslarında, siyasi liderlərlə olan münasibətlərində qarşılıqlı hörmət, ədalət prinsiplərini əsas tutub, bu mədəniyyəti qoruyub saxlayıb. Çalışıb ki, Azərbaycanın siyasi mübarizə meydanı siyasi mədəniyyət müstəvisində inkişaf etsin. Elçibəyin 80 illiyini qeyd etdiyimiz bir zamanda dönüb arxaya baxarkən görürük ki, lider, mərhum prezident, siyasi xadim, ideoloq kimi o əbəs yerə yaşamayıb. Özündən sonra özünün davamçılarını yetişdirib və həmin ideyaları onun davamçıları həyata keçirirlər. Fikrimcə bu estafet bundan sonra da davam etdirilməlidir. Bizim - Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) yolu da məhz Rəsulzadə-Elçibəy yoludur. Bu da Azərbaycanın bütövlüyü uğrunda mübarizə deməkdir. Eyni zamanda, Qarabağın azadlığna və türk millətinin birliyinə aparan bir yoldur".
BAXCP-nin təşkilat məsələləri üzrə katibi Niyaməddin Orduxanlı
isə diqqətə çatdırdı ki, Milli Azadlıq Hərəkatının şəriksiz lideri Əbülfəz Elçibəylə ilk dəfə təması 17 yaşıda olub: "Tələbə idim. Ona qədər qardaşlarım Milli Azadlıq Hərəkatının çox aktiv iştiakçılarından idi. Demək olar ki 1988-1993-cü ilə qədər hər gün bizim evdə və ailədə Elçibəylə bağlı, xalq hərəkatı ilə bağlı söhbət gedirdi, müzakirələr aparılırdı. Dayım Sabir Hüseynov Abşeron rayonunda o zaman Şərab Zavodunun drektoru olmasına baxmayaraq, 1988-ci ildə AXC-nin Abşeron şöbəsini quran insanlardan idi. Elçibəylə çox yaxın münasibətləri vardı. Xalq Hərəkətı zamanı Abşeron rayonu, xüsusən də Mehdiabad qəsəbəsi çox aktiv şəkildə proseslərə qatılmışdı. Yüzlərlə qəsəbə sakini Azadlıq Hərəkatının aparıcı qüvvəsinə çevrilmişdi. Bir sözlə, mən 8-9 sinif şagirdi kimi artıq Elçibəy haqqında kifayət qədər məlumatlı şəxs idim. Əbülfəz bəyin necə millətini, xalqını sevməsi və bu səbəbdən SSRİ zamanında ilk siyasi disident olması və onun məqsəd və amal haqqında hər gün keçirilən müzakirələrdə, aparılan söhbətlərdə iştirak edirdim. Mənim siyasətə qatılmağımın səbəbkarları da ailə üzvülərim olub. Və onların Milli Azadlıq Hərəkatında aktiv iştirakı idi. Birinci kurs tələbəsi kimi Elçibəyi müdafiə edən Yadıgar Məmmədlinin, Rəfail Becanovun rəhbərlik etdiyi " Cümhuriyyət" qəzetində çalışırdım. 1997- ci ildə oktyabrın 30-da Elçibəy Bakıya qayıtdı. Və o zaman artıq mən "Günaydın" qəzetinin parlament müxbiriydim. Həm də Azərbaycan Xalq Cəbhəsi Partiyasının Gənclər Komitəsində şöbə müdiri vəzifəsində çalışırdım. Həm mətbuat işçisi, həm də AXCP funksioneri biri kimi bəylə təmasım tez-tez olurdu. Elçibəy çox böyük ürək sahibi olmaqla yanaşı, əsl dövlət adamı idi! Çox peşəkar siyasətçi idi! Cəbhə daxilində baş verən prosesləri yaxından izləyənlərdən biri kimi deyərdim ki, Əbülfəz bəy çox təmkinli, səbirli, uzaq görən , müdrik şəxsiyyət idi. Onun üçün dövlət və milli maraqlar hər şeydən üstün idi! Müstəqiliyimiz üçün nəinki prezident kürsüsünü, hətta öz canını belə qurban verərdi ki, Azərbaycanın müstəqliyinə təhlükə gəlməsin". Onun sözlərinə görə, məhz 1993-cü ildə Əbülfəz bəy müstəqliyimizin təhlükəsizliyini nəzərə alıb, Bakını tərk etmişdi: "1998-ci ildə bəylə evində söhbətmiz oldu. Özü açıq şəkildə dedi ki, 1993-cü ildə Bakını tərk etməsə idi, Rusiya növbəti dəfə Azərbaycanı 1920-ci ildə işğal etidyi kimi, zəbt edəcəkdi. Və yenidən rus qoşunları Azərbaycana qaydıcaqdı. Sürət Hüseynovun etdiyi xəyanət birbşa Rusiyanın hazırladığı planın tərkib hissəsi idi. Təsəvvür edin, bu gün rus qoşunları SSRİ dağılandan sonra həm Gürcüstanda, həm də Ermənistanda qalır. Ancaq bir rus əsgəri belə Azərbaycanda qalmayıb. Rusiya nəyin bahasına olur olsun, etdiyi "səhfi" düzəltmək qərarına gəlmişdi. Hətta Elçibəy açıq şəkildə mənə dedi ki, 1993-cü ildə parlamentdə oturan deputataların böyük əksəriyyəti rus qoşunlarının Azərbaycana qayıtması təklifinə belə imza atmağa hazır olduqlarını bildiriblər. Bizim deputataların böyük əksəriyyəti 1920-ci ildə olduğu kimi rus qoşunların Azərbaycana gəlməsi üçün müraciətə imza atırlar. Elçibəy çox böyük xəyanətlə üz-üz qalmışdı. Özünün komandası isə, daxildən Elçibəy hakimiyyətini parçalamışdı. Spiker İsa Qəmbər özünə Müsavat Partiyasını, dövlət katibi Əli Kərimli "Yurd" birliyini gücləndirməklə məşğul idi, bəzi nazirlər partiya yaradırdılar. Təsəvvür edin ki, indiki zamanda hər nazir özünün partiya quruculuğu işi ilə məşğul olur. Belə vəziyyətdə ölkədə hansı vəziyyət yaranar? Bir sözlə, bəy açıq şəkildə dedi ki, rus qoşunlarının Azərbaycana qayıtması və müstqəllyimizin qorunması planını pozdu. Bütün bunların qarşısını isə mərhum Heydər Əliyev aldı. Bəli, biz siyasətçilər bunu açıq şəkildə deməliyik, Heydər Əliyev Azərbaycanın parçalanmasını, müstəqlliyimizin qorunmasını təmin etdi. Bütün bunları mənə Əbülfəz Elçibəy danışıb. 1920-ci ildə Azərbaycan Xalq Cümhurriyyəti 23 ay yaşadı. Mənim düşüncələrimə görə isə, Elçibəy kimi siyasətçinin və Heydər Əliyev kimi zəngin dövlətçilik təcürəbəsi olan şəxsin birgə fəaliyyəti nəticəsində bu gün Azərbaycanın müstəqliyi 27 ildir yaşayır! Əübfləz bəylə çox xatirələrim var. Zaman gəldikcə, bunu mətbuatda deyəcəm. Bir hadisəni də danışmaq istəyirəm. Bilirsiniz ki, Elçibəy 1976-ci ildə Bakı Dövlət Universitetinin müəllimi kimi həbs edilmişdi. Antisovet təblığatı apardığına görə. Unversitetdə özünün gizli təşkilatlarını yaratmışdı. "Üçlük" , " Beşlik", "Yedilik" deyilən təşkilatları. Mənə dedi ki, sən "Ölülər" əsərində kefli İsgəndər obrazını görmüsən də. Dedim, bəli. Dedi 1976-ci ildə həbs edilməmişdən öncə bir müddət SSRİ KQB-sini kefli İsgəndər obrazında yayındıra bilib. Yəni müxtəlif təbidrlərdə spirtli içki qəbul edirb və bundan sonra başlayıb Azərbaycanın müstəqilliyindən, 1918-ci ildə ADR hökümətindən, Azərbaycanın ikiyə bölünməsindən danışıb. Elçibəyin sözlərinə görə, bu üsuldan yaratdığı gizli təşkilatın üzvüləri də istifadə edib. Və bir müddət keçəndən sonra KQB Elçibəyi dəvət edir ki, filan tədbirdə içkili vəziyyətdə bunlardan danışmısınız. Bununla nə demək istəyirsiniz? Cavab verirdim ki, yadımda deyil, xatırlamıram. Əslində isə, mən həmin vəziyyətdən istifadə edib ziyalıların, aydınların fikirlərini Azərbaycanın iki bölünməsinə, Cümhuriyyətin qurulmasına və rusların bizi işğal etməsinə cəlb etmək istəyirdim... Bir sözlə, Elçibəy bütün varlığı ilə xalqa, millətə və bütöv Azərbaycana xidmət edən kişi olub! Ruhu şad olsun! Və Tanrı bizə Elçibəyin arzuladığı Vahid, bütöv və qüdrətli Azərbaycanı görməyi qismət etsin!"

Əli