ATƏT PA Bakıda keçirilən 23-cü sessiyası çərçivəsində "Ukraynada İnsan Hüquqlarının hazırkı vəziyyəti" mövzusunda təqdim ediblər.
Təqdimat zamanı Ukraynanın Şərq əyalətlərindəki vəziyyət, Rusiyanın proseslərə müdaxiləsi və başqa bu kimi məsələlər müzakirə edilib. Krım parlamentinin spikeri Refat Çubarov isə Mustafa Cəmilovun Krıma buraxılmamasından danışıb:
"Təsəvvür edin, öz milləti üçün 15 il sovet türmələrində yatmış Mustafa Cəmilov və ailəsi Krıma buraxılmadı".
Xatırladaq ki, Mustafa Cəmilovun da tədbirə qatılacağı ilə bağlı müəyyən məlumatlar yayılsa da, hələlik onun iştirakı təsdiq edilməyib.