Fransa seçim qarşısında Siyasət

Fransa seçim qarşısında

Paris BMT Təhlükəsizlik Şurasında daimi üzv statusunu Aİ nümayəndəsi statusuna güzəştə gedəcəkmi?

Almaniya Parisə BMT Təhlükəsizlik Şurasında daimi üzv statusunu Avropa İttifaqı nümayəndəsi statusuna güzəştə getməyi tövsiyə edib.
"Əgər biz Avropa İttifaqını ciddi qəbul ediriksə, onda Aİ BMT Təhlükəsizlik Şurasında da bir səslə danışmalıdır... Yaxın vaxtlarda Fransa üzvlüyü Aİ üzvlüyü ilə əvəz oluna bilər" –deyə Almaniyanın Kansler müavini, eləcə də maliyyə naziri Olaf Scholz Berlində Avropanın gələcəyi ilə bağlı çıxışında bildirib.
Ancaq bunun qarşılığında BMT Təhlükəsizlik Şurasındakı Aİ nümayəndə heyətinin rəhbəri fransız olacağı qeyd edilib. Bu təklif Fransanın Almaniyanı daim hərəkətsizlikdə tənqid etməsinə cavab olaraq irəli sürülüb.
Fransa prezidenti cari ilin noyabrında Almaniyalı deputatlar qarşısında söylədiyi nitqində də səbirsizliyini gizlətməyib, onları "hərəkətsizlik"dən çıxmağa və "tabu"ları (qadağaları) aşaraq, Brexit-dən sonra yaranan böhrandan çıxmaq üçün yeni Avropa layihəsi irəli sürməyə çağırmışdı.
Xatırladaq ki, 2012-ci ildə sabiq prezident Fransua Olland Təhlükəsizlik Şurasında islahatları genişləndirməyi və Şurada daimi üzv dövlətlər kimi qeyri-daimi üzv dövlətlərə də yer verilməsinə dair çağırış etmişdir. Bu təklifə uyğun olaraq, Almaniya 2019-cu ildən iki il müddətinə TŞ-da nəzərdə tutulan 10 qeyri-daimi üzv yerindən birini tutacaq.