“Ermənistan Dağlıq Qarabağın ətrafındakı 7 rayonda da etnik təmizləmə həyata keçirib” Siyasət

“Ermənistan Dağlıq Qarabağın ətrafındakı 7 rayonda da etnik təmizləmə həyata keçirib”

Əslində Azərbaycan ərazilərinin 25 faizi Ermənistanın işğalı altındarır”.

Bunu dünən Milli Məclisdə keçirilən “Azərbaycan Avropa məkanında” adlı konfransda Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bildirib.

O deyib ki, hazırda Azərbaycanda Ermənistandan olan qaçqınların, Dağlıq Qarabağ və ətraf ərazilərdən məcburi köçkünlərin sayı 1 milyon nəfərdir: “Heç bir ölkə Dağlıq Qarabağdakı qondarma rejimi rəsmi şəkildə tanımayıb. Heç Ermənistan da bu rejimi müstəqil dövlət kimi tanımayıb. Bu münaqişəni dondurulmuş münaqişə saymaq olmaz. 2016-cı ilin aprelində 4 gün ərzində yüzlərlə əsgər və mülki şəxs həyatını itirib. Çünki Moskva Azərbaycan və Ermənistan rəhbərliyindən xahiş edib ki, müharibə dayandırılsın. Ermənistan Dağlıq Qarabağla bərabər 7 rayonu da işğal edib, o rayonlarda etnik təmizləmə həyata keçirilib. Ermənistan Dağlıq Qarabağın statusu məsələsində mübadilə etmək üçün 7 rayonu işğal altında saxlayır”.

S.Markov Ermənistanın Xocalı şəhərində soyqırım törətdiyini də nəzərə çatdırıb: “Bir gecədə yüzlərlə insan qətlə yetirilib”.