“Ermənistan konstruktiv danışıqlara hazır deyil” Siyasət

“Ermənistan konstruktiv danışıqlara hazır deyil”

Ermənistanın işğal edilmiş Azərbaycan ərazilərində pan-erməni oyunlarını təşkil etməsi İrəvanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə konstruktiv danışıqlara hazır olmadığını və bundan boyun qaçırdığını bütün dünyaya əyani şəkildə nümayiş etdirir. Bunu deputat Asim Mollazadə deyib. Avqustun 5-17-də Dağlıq Qarabağda VII pan-erməni oyunlarının keçirilməsi planını şərh edən millət vəkilinin sözlərinə görə, Ermənistan pan-erməni oyunlarını Xankəndidə keçirməklə beynəlxalq hüquqa etinasızlığını nümayiş etdirir: “Bu oyunların işğal olunmuş ərazilərdə təşkili növbəti dəfə işğal faktı ilə lovğalanmağa yönəlib və Yerevanın problemin həlli üzrə sülh danışıqları prosesində iştirak etməmək istəyini açıq şəkildə göstərir”.